Sənəd nəzarətçisi
Bakı
Tam Ştat
Orta Səviyyə
500 - 1.000 AZN
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 15 yanvar 2026
Təsvir
Vəzifə funksiyaları üzrə gözləntilər (tələblər):
Şirkətin satınalma fəaliyyətləri üzrə bütün müqavilə və əlavə razılaşmaların hazırlanması, redaktə edilməsi, uyğunlaşdırılması və rəsmiləşdirilməsi;
Podratçı və təchizatçılarla qiymət, şərtlər, məsuliyyət maddələri və cərimələr üzrə razılaşmaların koordinasiyası;
Mövcud müqavilələrin icra vəziyyətinin izlənilməsi, müddətlərin və öhdəliklərin nəzarətdə saxlanılması;
Müqavilələrin elektron sistemlərdə qeydiyyatı, yenilənməsi, arxivləşdirilməsi və məlumat bazasının yenilənməsi;
Daxili prosedur və siyasətlərə uyğun şəkildə sənəd dövriyyəsinin təşkili;
Sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, gecikmə halları barədə rəhbərliyi məlumatlandırmaq;
Satınalma və logistika departamentinə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə ötürülməsi.
Vəzifə və Öhdəliklər:
Ali təhsil
Kompüter biliyi: MS Office (Word, Excel, Outlook, PowerPoint);
Oxşar vəzifə öhdəlikləri üzrə ən az 2 il iş təcrübəsi;
Satınalma müqavilələri ilə işləmə və analiz etmə bacarığı;
Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
Azərbaycan dili mükəmməl, ingilis dili peşəkar, rus dili arzuolunandır.
Digər şərtlər:
Əmək haqqı: 500-1000 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
İş qrafiki 5 günlük, 09.00-18.00;
Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN Biznes Mərkəzi
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını (Sənəd nəzarətçisi) yazmaqla qeyd olunanelektron ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
PROES
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3091
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə