Ana Səhifə
Vakansiyalar

Sərnişin qatarlarının və vaqonlarının işinin təşkili xidmətinin bölmə rəisi

Sərnişin qatarlarının və vaqonlarının işinin təşkili xidmətinin bölmə rəisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 28 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi və Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində İntizam Nizamnaməsinə əsasən müəyyən edilmiş norma və qaydalara, dəmir yolu nəqliyyatında tətbiq edilən normativ hüquqi aktların tələblərinə riayət etməklə, departament və xidmətin rəhbərliyi tərəfindən verilən əmr və göstərişləri, eləcə də əmək müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmək;

  • Tabeçiliyində olan işçilərin işini təşkil etmək, müvafiq əmr və göstərişlər vermək, onların yerinə yetirilməsini yoxlamaq, istismar işinin təhlükəsizliyinin təşkili məsələlərində, əməyin və idarəetmənin elmi təşkilinin tətbiqini təmin etmək məsələlərində iştirak etmək;

  • Texniki tədris bazasının inkşaf proqramının hazırlanmasında iştirak etmək, maddi ehtiyatlardan istifadə zamanı qənaət və səmərəlilik rejminə riayət etmək, daşınan sərnişinlərin təhlükəsizliyini təmin etmək, baqajın, yük baqajının, etibar edilən əmlakın saxlanmasını təmin etmək və onların itkisinə, xarab olmasına, oğurlanmasına gətirib çıxaran səbəbləri və şəraiti aşkar edərək onları aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək;

  • Qatar briqadalarının TİQ (Texniki istismar qaydaları) -dən, digər normativ aktlardan və vəzifə təlimatından biliklərinin yoxlanılmasınında iştirak etmək;

  • Qatar briqadalarının kompetensiyalarının kvalifikasiyalarına uyğunluğunun yoxlanılmasını təmin etmək;

  • Yolda qatar briqadaları tərəfindən vəzifələrin yerinə yetirilməsinə nəzarət üçün qəfil kompleks yoxlamaların keçirilməsini təşkil etmək;

  • Qatar briqadası işçilərinin peşəkar psixofizioloji seçiminə nəzarət etmək;

  • Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və digər öhtəliklərin yerinə yetirilməsinin gedişatı, icra fəaliyyətləri barədə rəhbərliyə hesabat vermək;

  • Sərnişin daşımaları departamenti rəisinin təsdiq etdiyi cədvəl üzrə sərnişin vaqonlarının təmirdən qəbulunu və istismarda texniki vəziyyətinin yoxlanılmasına nəzarəti təmin etmək;

  • Nöqsan səbəblərini araşdırmaqla sərnişin və şəhərətrafı qatarların hərəkət cədvəlinin yerinə yetirilməsini müzakirə etmək;

  • Aparıcı peşələrə kadrların hazırlanması, qatar briqadalarının ixtisasının artırılması planını Sərnişin daşımaları departamentinə təqdim etmək;

  • Qatar briqadaları ilə nəzarət-təlimat səfərlərinin müəyyən edilmiş müvafiq müddətlərdə təlimatçılar tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, qatar briqadalarının müvafiq tələblərə uyğun olaraq, müəyyən edilmiş vaxtlarda və hallarda tibbi müayinədən keçirilməsinə nəzarəti təmin etmək;

  • Qatar briqadalarının iş və istirahətinin qanunvericiliyə uyğun yerinə yetirilməsinə, biliklərinin müntəzəm yoxlanılmasına, işarəvermə vasitələri ilə təmin edilməsinə, yanğından mühafizə qaydalarına əməl olunmasına, eləcə də hərəkət tərkiblərinin yanğından mühafizə vasitələri ilə təmin edilməsinə nəzarəti təmin etmək;

  • Lokomotiv və qatar briqadaları ilə “Hərəkətin təhlükəsizliyi günləri”-nin, texniki məşğələlərin müntəzəm keçirilməsinə, fərdi söhbətlərin aparılmasına nəzarət etmək.

Tələblər

  • Təhsil pilləsi: Ali (müvafiq sahə üzrə);

  • Tələb olunan sahə üzrə əmək stajı: 3 il;

  • Dil bacarıqları: İngilis, rus (yaxşı səviyyədə);

  • Rəqəmsal bacarıqlar: MS Word, MS Excel, MS PowerPoint, MS Outlook;

  • Funksional səriştələr: Qərar vermə, Analitik düşüncə, Problem həlletmə, Planlaşdırma;

  • İdarəetmənin müasir problemləri, məqsədi, vəzifələri, idarəetmə münasibətləri, idarəetmədə sistemli yanaşma və idarəetmənin iqdisadi, sosial və hüquqi aspektləri bilməli;

  • İdarəetmənin qanun və prinsipləri, iyerarxiya səviyyələri, əməliyyat prosesləri və səmərəlilik şərtləri bilməli;

  • İdarəetmənin planlaşdırma, təşkiletmə, motivasiya və nəzarət funksiyaları barədə məlumat;

  • İdarəetmənin iqdisadi, hüquqi və sosial-psixoloji metodları barədə məlumat;

  • İdarəçilik qərarlarının qəbul edilmə prosesi və mərhələləri, metodları və optimallaşdırılmasına dair biliklər;

  • Strateji idarəetmənin əsas funkusiyaları, prinsipləri, analiz metodları və personalın strateji idarə edilməsinə dair biliklər;

  • Qeyri-standart şəraitdə qərarların qəbul edilməsi, böhran vəziyyətində idarəetmə, risk vəziyyətində idarəetmə, münaqişə şəraitində idarəetmə, idarəetmənin təşkilat strukturu və formaları, idarəetmə strukturunun prinsipləri və əlaqələri, müəssisənin təşkilat strukturunun layihələndirilməsinə dair biliklər;

  • Kontrollinq, audit, keyfiyyətin idarəedilməsi, autsorsinq və autstaffinq strategiyası və logistik fəaliyyət indeksi barədə biliklər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3667

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Yol montyoru (Samux, Zazalı)

Tam Ştat

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə aparıcı mütəxəssis

Tam Ştat

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, ADY-nin Nizamnaməsini, ADY-nin İdarə Heyətinin qərarlarını, ADY sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını, Əməyin təhlükəsizliyi və mülki müdafiə departamenti tərəfindən irəli sürülən göstəriş və tapşırıqları, müvafiq struktur qurumun rəhbərinin göstəriş və tapşırıdlarını yerinə yetirmək, Müvafiq struktur qurumun əsasnaməsini və bu Təlimatı rəhbər tuturaq işini təşkil və müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatların sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) üzrə görülən işlərə nəzarət etmək; Müvafiq struktur qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görmək; Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımi tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək; SƏTƏMM sahəsində səriştəli peşəkar mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması istiqamətində tədris kurslarında, təlimlərdə və məşğələlərdə iştirakları üçün aidiyyəti üzrə təkliflər vermək; Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək; Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏMM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək; Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək; Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi-texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək; Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə verilən müvafiq əmrə əsasən, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyasında iştirak etmək.