SMM meneceri
Bakı
Tam Ştat
Orta Səviyyə
600 AZN-dən
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 13 yanvar 2026
Təsvir
İş barədə məlumat
NURU SERVİCE brendin sosial media kanallarında peşəkar və davamlı fəaliyyət qurmaq üçün təcrübəli Sosial Media Meneceri (SMM) axtarır. Namizəd şirkətin marketinq strategiyasına uyğun olaraq kontent istehsalı, analitika və reklam idarəçiliyini effektiv şəkildə həyata keçirməlidir.
Vəzifə öhdəlikləri
Instagram, Facebook və TikTok hesablarının idarə olunması və gündəlik paylaşımların təşkili
Aylıq kontent planının hazırlanması və icrası
Sosial media üçün gündəlik və aylıq analitik hesabatların hazırlanması
Daxil olan müştəri mesajlarının cavablandırılması və uyğun şöbələrə yönləndirilməsi
Trend araşdırmaları aparmaq və brendə uyğun yaradıcı kontent təklifləri vermək
Foto və video çəkilişlərin təşkilinə nəzarət etmək
Şirkətin sayt və digər rəqəmsal kanalları ilə koordinasiyalı şəkildə işləmək
Rəqiblərin sosial media fəaliyyətini analiz etmək və inkişaf yönümlü təkliflər hazırlamaq
İş 28 may metrosunda yerləşir.
YALNIZ WHATSAPP ÜZƏRİNDƏN YAZIN
Tələblər
İş təcrübəsi : 1 ildən aşağıYaş : 22 - 30Cins : KişiNamizədə tələblər
SMM sahəsində minimum 1 il təcrübə
Instagram, Facebook və TikTok üzrə kontent strategiyası və paylaşımların mexanizmlərinə tam hakimiyyət
Kreativ düşüncə və aktual trendləri analiz etmək bacarığı
Məsuliyyətli, planlı işləmə bacarığı və vaxt idarəetməsi
Bəy namizədlər tələb olunur
Üstünlük veriləcək bacarıqlar:Qrafik dizayn bilikləri (Canva, Photoshop və s.)
Video montaj bacarığı (CapCut, Premiere və s.)
Rəqəmsal reklam analitikası üzrə anlayışlar
Copywriting və yüksək keyfiyyətli mətn yaradılması bacarığı
Reels/TikTok üçün qısa formatlı video optimizasiyası
Brend tonu, vizual üslub və estetik anlayışlar
Foto/video çəkiliş proseslərinə nəzarət və brifq hazırlamaq bacarığı
İş şəraiti
İş qrafiki: 6 gün / 11:00 – 20:00
Rahat və yaradıcı iş mühiti
Əmək haqqı 600 azn +Stabil və artan əməkhaqqı sistemi
Peşəkar inkişaf və təlimlər üçün dəstək
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
brc.az
Vakansiya Təfərrüatları
Vakansiya ID
#701
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə