Xaricdə təhsil üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Universitet və təqaüd proqramlarının axtarılıb tələbənin göstəricilərinə uyğun tərtib edilməsi

  • Universitet və təqaüd proqramlarına müraciət edilməsi

  • Müraciət zamanı motivasiya və referans məktublarının yazılması

  • Universitet yataqxanasına müraciət və viza müraciətinə dəstək göstərmək

Tələblər

  • Kompüterdən və axtarış motorlarından istifadə edə bilmək

  • Detallara əhəmiyyət vermək

  • Akademik yazı bacarıqlarının olması böyük üstünlükdür

  • Müvafiq sahə üzrə iş təcrübəsi olması üstünlükdür

  • Azərbaycan dilini səlis bilmək

  • İngilis dili tələbi: Intermediate - B2

  • MC Office proqramlarında işləmə bacarığı

Xüsusi qeydlər:

  • Ünsiyyət bacarığı: Valideyn və ya tələbələrlə düzgün kommunikasiya qurulması

  • İnkişaf: Özünü daim inkişaf etdirmək, öyrənməyə meyilli olmaq

  • Zaman idarəetməsi: Vaxtı səmərəli şəkildə idarə etmək

  • Səbrli, məsuliyyətli və punktual olmaq

Sizə nə təklif edirik:

  • Gənc və dinamik komanda

  • Pozitiv və motivasiyalı mühit

  • İş prosesində yerli və beynəlxalq təcrübə

  • Öyrənmə və inkişaf perspektivləri

Şərtlər:

  • Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138

  • İş qrafiki: altı günlük iş həftəsi, Bazar ertəsi- Cümə 09:00-18:00, Şənbə 16:00-dək

  • İstirahət günü: həftənin bazar günü

  • Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq

Maraqlanan namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd etməklə CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Roof Academic Training

Roof Academic Training

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3110

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya