Sistem idarəetməsi

Aparıcı şirkətlərdən 7 iş imkanı kəşf edin

PASHA Property Management

Baş Şəbəkə Administratoru

PASHA Property Management

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Baş Şəbəkə Administratoru” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Şəbəkə Təhlükəsizliyi və İnfrastrukturunun inkişaf etmiş səviyyədə idarə olunması sahəsində dərin bilik və təcrübə; VLAN-lar vasitəsilə şəbəkə seqmentasiyası, VLAN-lararası yönləndirmə və port səviyyəsində təhlükəsizlik tətbiqləri (802.1X port autentifikasiyası və MAC-ünvan əsaslı giriş nəzarəti) üzrə peşəkar bacarıqlar; İkinci və üçüncü səviyyə şəbəkə texnologiyalarında yüksək səriştə: VLAN-lar, trunking, STP (RSTP/MSTP), EtherChannel texnologiyaları; Yüksək mövcudluq (High Availability) və ehtiyatlılıq təminatı üçün link və qurğu ehtiyat mexanizmlərinin (HA klasterləşməsi, stacking) qurulması, ehtiyat marşrutlaşdırma (failover routing), ikili WAN arxitekturaları və trafik balanslaşdırma strategiyalarının tətbiqi; Yüksək əlçatanlıq və nasazlığa davamlılıq prinsiplərinə əsaslanan kritik informasiya sistemlərinin dizaynı, informasiya təhlükəsizliyi standartları və siyasətlərinin dərin mənimsənilməsi; Dayanıqlı və kəsintisiz fəaliyyət göstərən şəbəkə topologiyalarının qurulması və tətbiqi; İnkişaf etmiş VPN həllərinin (IPSec, SSL) konfiqurasiyası və inteqrasiyası; Genişləndirilmiş ACL-lərin, firewall qaydalarının və siyasət əsaslı təhlükəsizlik tətbiqlərinin hazırlanması və tətbiqi; Dinamik və statik marşrutlaşdırma protokolları (OSPF, BGP, EIGRP) ilə peşəkar səviyyədə işləmə bacarığı; Marşrutlaşdırıcılar, kommutatorlar, simsiz nəzarətçilər və firewall sistemlərinin həm CLI (əmr sətri interfeysi), həm də GUI (vizual interfeys) üzərindən idarə olunması, firmware yeniləmələrinin həyata keçirilməsi və konfiqurasiya ehtiyat nüsxələrinin idarəolunması; Mərkəzləşdirilmiş nəzarət və ya bulud əsaslı idarəetmə platformaları üzərindən müəssisə səviyyəli simsiz şəbəkələrin dizayn və konfiqurasiyası; TCP/IP protokol dəsti, IPv4/IPv6 ünvanlaşdırma, subnetting, DNS, DHCP, NTP, Syslog, SNMP və NetFlow texnologiyalarının dərin texniki anlaşılması və tətbiqi; Məlumat jurnallarının mərkəzləşdirilmiş şəkildə toplanması və təhlili (məsələn, FortiAnalyzer və oxşar sistemlər); Şəbəkə monitorinqi və idarəedilməsi üçün qabaqcıl platformaların istifadəsi (PRTG, Zabbix və s.); Bütünləşdirilmiş Təhlükəsizlik Qurğularının (UTM) funksionallığı – veb-filtrasiya, müdaxilələrin aşkarlanması və qarşısının alınması sistemləri (IPS/IDS), antivirus sistemləri və trafik prioritetləşdirmə üzrə geniş təcrübə; Fərqli istehsalçılara məxsus şəbəkə avadanlıqları ilə işləmə və kompleks heterogen şəbəkələrin idarəolunması bacarığı; VoIP arxitekturası və SIP protokolu üzrə texniki dərinlik, eləcə də Cisco CUCM, 3CX və digər VoIP platformaları ilə təcrübə; IP telefon və softphone həllərinin yerləşdirilməsi, konfiqurasiyası və istismarı.

Razılaşma yolu ilə

Son Tarix: 24 yanvar 2026

Ailə TV

İT Şəbəkə Administratoru

Ailə TV

Tam Ştat
Orta Səviyyə

📢  “Kaspian Telekom” MMC – (Ailə TV) - “Şəbəkə Administratoru” vakansiyası elan edir. İş yeri: Ailə TV Baş ofisi. Dilarə Əliyeva küç. 251A 🔧  Vəzifə öhdəlikləri: Core/edge/router və switch-lərin (Juniper/Cisco/MikroTik və s.) gündəlik idarəsi, konfiqurasiya və versiya yenilənməsi; L2/L3 dizayn və istismar: VLAN, STP/RSTP/MST, LACP, OSPF, BGP, MPLS (L3VPN/L2VPN); Upstream/transit, IX və peer-lərlə BGP qonşuluqları, route-policy və communities idarəsi; IPv4/IPv6 dual-stack planlama, CGNAT və public blokların idarəsi, RPKI/IRR obyektləri; QoS siyasətləri (VoIP/IPTV/oyun trafikləri üçün), multicast (IGMPv2/v3, PIM-SM/SSM); Monitorinq və müşahidə: SNMP/Telemetry, NetFlow/sFlow/IPFIX, Syslog; PRTG/Zabbix/Prometheus, Graylog/ELK; Trouble-ticketlərin həlli (incident/problem/change), RCA hazırlamaq, sənədləşdirmə (HLD/LLD, runbook). 🎯  Namizədə tələblər: İnternet provayderi və ya geniş IT infrastruktur mühitində 3 ildən artıq təcrübə; Yuxarıda qeyd olunan texnologiyalarda, xüsusilə BGP, MPLS, QoS və şəbəkə təhlükəsizliyi sahələrində dərin biliklər; Şəbəkə planlaması, tutum idarəedilməsi və performans optimallaşdırması təcrübəsi; Nasazlıqların sürətli aşkarlanması, təhlili və həlli bacarığı; Analitik düşüncə və yaxşı ünsiyyət bacarığı.

3.500 AZN-dən

Bakı,, Bakı, şəh.,, Nəsimi, ray.,, Dilarə, Əliyeva, küç., 251A

Son Tarix: 17 yanvar 2026