Tikinti ustası

Aparıcı şirkətlərdən 6 iş imkanı kəşf edin

Sheraton Baku Intourist

Dülgər (Carpenter)

Sheraton Baku Intourist

Tam Ştat
Orta Səviyyə

Taxta və bəzək işlərini, qapıların taxılması, qapıların deşilməsi və müvafiq avadanlıqların quraşdırılmasını, pəncərələrin qoyulmasını, pilləkənlərin və ümumi çatıların qurulmasını həyata keçirmək. Material hesablamaları üçün zəruri olan riyazi və analitik bacarıqlara malik olmaq, plan və çertyojları oxumaq. Toplama, çıxma, vurma və bölmə əməliyyatları daxil olmaqla əsas riyazi biliklərə sahib olmaq. Dülgərlik alətləri və materialları ilə işləmək bacarığına malik olmaq. Təhlükəsiz iş mühiti üçün müvafiq əlcəklər, dəbilqələr, çəkmələr və təhlükəsizlik nərdivanlarından istifadə etməklə bütün qabaqlayıcı tədbirləri görmək. Texniki xidmət üzrə mühəndis (tikinti) tərəfindən tələb olunan hallarda taxta elementlərdə dəyişikliklər, tavan və divarların təmiri kimi struktur və xarratlıq işlərini, otaqlarda və ictimai ərazilərdə planlaşdırılmış texniki xidmət işlərini yerinə yetirmək. Qonaqlarla bağlı spesifik problemlərin həllində iştirak etmək və qonaq otaqlarının planlaşdırılan xidmət işlərinə aktiv şəkildə cəlb olunmaq. Texniki xidmət üzrə mühəndisin (tikinti) tapşırığına əsasən, binanın daxilində və xaricində emal olunmuş səthlərin qorunması və təqdim edilməsinə cavabdeh olmaq. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Bacarıqların artırılması məqsədilə Mühəndislik şöbəsinin digər əməkdaşları ilə qarşılıqlı təlimlərdə iştirak etmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

Azərbaycan Dəmir Yolları

Yol montyoru (Samux, Zazalı)

Azərbaycan Dəmir Yolları

Tam Ştat
Orta Səviyyə

Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq; İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq; İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq; Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq; Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək; Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq; Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək; Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək.

Razılaşma yolu ilə

Son Tarix: 19 yanvar 2026