Öhdəliklər:
Müştərinin tələblərinin toplanması və formallaşdırılması.
Biznes proseslərinin təhlili və modelləşdirilməsi, optimallaşdırma üzrə təkliflərin hazırlanması.
İlkin tədqiqatlarda və həllərin layihələndirilməsində iştirak.
Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.
Texniki tapşırığın hazırlanması eləcə də onun icrası.
Test prosesində iştirak (test-keyslərin hazırlanması, tələblərə uyğunluğun yoxlanılması).
Müştəri və maraqlı tərəflər üçün təqdimatların və həllərin nümayişlərinin keçirilməsi.
Proqramist, test və müştərinin texniki mütəxəssisləri komandası ilə qarşılıqlı əlaqə.
Texniki heyət və sistemin son istifadəçiləri üçün təlimlərin təşkili.
Layihə və texniki sənədlərin hazırlanması.
Tətbiq olunan sistemlər üçün konsultasiya və texniki dəstəyin təmin edilməsi.
Əmək şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı: 1200-1500 AZN