Middle Biznes analitik
Bakı
Tam Ştat
Orta Səviyyə
1.200 - 1.500 AZN
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 21 yanvar 2026
Təsvir
Öhdəliklər:
Müştərinin tələblərinin toplanması və formallaşdırılması.
Biznes proseslərinin təhlili və modelləşdirilməsi, optimallaşdırma üzrə təkliflərin hazırlanması.
İlkin tədqiqatlarda və həllərin layihələndirilməsində iştirak.
Elektron sənəd dövriyyəsi sistemlərinin və korporativ intranet portallarının tətbiqi və sazlanması.
Texniki tapşırığın hazırlanması eləcə də onun icrası.
Test prosesində iştirak (test-keyslərin hazırlanması, tələblərə uyğunluğun yoxlanılması).
Müştəri və maraqlı tərəflər üçün təqdimatların və həllərin nümayişlərinin keçirilməsi.
Proqramist, test və müştərinin texniki mütəxəssisləri komandası ilə qarşılıqlı əlaqə.
Texniki heyət və sistemin son istifadəçiləri üçün təlimlərin təşkili.
Layihə və texniki sənədlərin hazırlanması.
Tətbiq olunan sistemlər üçün konsultasiya və texniki dəstəyin təmin edilməsi.
Əmək şəraiti:
İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 - 18:00;
Şəhərin mərkəzində yerləşmə: Passage 1901, Nigar Rəfibəyli küç. 12
Mehriban və peşəkar kollektiv;
Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
Karyera inkişafı imkanları;
Peşəkar təlimlərdə iştirak.
Əmək haqqı: 1200-1500 AZN
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 20 - 30
Tələblər:
Ali texniki təhsil.
Biznes proseslərinin modelləşdirilməsi notasiya bilikləri (seçim üzrə): Workflow, UML, BPMN, EPC, IDEF0.
Korporativ sistemlərin tətbiqi və ya hazırlanması layihələrində (analitik/mühəndis rolunda) ən azı 1 illik iş təcrübəsi.
Məntiqi, anlaşıqlı və strukturlaşdırılmış sənədlər hazırlama bacarığı.
Modelləşdirmə alətləri ilə iş təcrübəsi: Visio, ARIS.
Layihə və tapşırıq idarəetmə sistemlərində icraçı kimi iş bacarıqları (Bitrix24, Jira, Trello və s.).
Agile/Scrum və/və ya Waterfall prinsipləri üzrə baza bilikləri.
Azərbaycan və rus dillərini mükəmməl bilmək; ingilis dili biliyi üstünlük hesab olunur.
Ünsiyyətcilik, punktuallıq, stresədavamlılıq, məsuliyyətlilik.
Tapşırıqları müstəqil həll etmə və komandada işləmə bacarığı.
Təlimə və peşəkar inkişafına hazırlıq.
Arzuolunan tələblər:
İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
Korporativ informasiya sistemləri, xüsusilə sənəd dövriyyəsi və kadr idarəetmə sistemləri ilə iş bacarıqları arzuolunandır.
Linux, Docker, Microsoft ƏS haqqında biliklər;
Yüksək texniki biliklər: SQL, XML, SOAP, REST API; veb-servislərlə iş təcrübəsi.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Do I.T. MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2627
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə