Mühəndis / Konstruktor (CAD/CAM Engineer)
İş yeri: İstehsalat sahəsi (zavod) Zabrat qəsəbəsi
Vəzifə Öhdəlikləri:
Müştəri tərəfindən təqdim olunan çertyojların (DXF, DWG, STEP və s.) işlənməsi, təmizlənməsi və istehsala uyğunlaşdırılması
Lazer kəsim prosesləri üçün faylların hazırlanması
Profil xətti üçün kalıp və ölçü optimizasiyasının aparılması
SolidWorks, AutoCAD və Inventor proqramlarında 3D modelləmə və konstruksiya işlərinin icrası
Lazer operatorlarına istehsal tapşırıqlarının hazırlanması və ötürülməsi
Texniki sənədləşmənin hazırlanması (TS, material siyahısı, ölçü kartı və s.)
İstehsalat müdiri ilə birlikdə texnoloji xəttin optimallaşdırılması
Yeni məhsullar üzrə prototiplərin hazırlanması və test proseslərində iştirak
İstehsalatda səmərəliliyin artırılması üçün texniki təkliflər vermək