Mühəndis / Konstruktor (CAD/CAM Engineer)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
İş yeri: İstehsalat sahəsi (zavod) Zabrat qəsəbəsi
Vəzifə Öhdəlikləri:
Müştəri tərəfindən təqdim olunan çertyojların (DXF, DWG, STEP və s.) işlənməsi, təmizlənməsi və istehsala uyğunlaşdırılması
Lazer kəsim prosesləri üçün faylların hazırlanması
Profil xətti üçün kalıp və ölçü optimizasiyasının aparılması
SolidWorks, AutoCAD və Inventor proqramlarında 3D modelləmə və konstruksiya işlərinin icrası
Lazer operatorlarına istehsal tapşırıqlarının hazırlanması və ötürülməsi
Texniki sənədləşmənin hazırlanması (TS, material siyahısı, ölçü kartı və s.)
İstehsalat müdiri ilə birlikdə texnoloji xəttin optimallaşdırılması
Yeni məhsullar üzrə prototiplərin hazırlanması və test proseslərində iştirak
İstehsalatda səmərəliliyin artırılması üçün texniki təkliflər vermək
Tələblər
Mexaniki mühəndislik, konstruktorluq və ya əlaqəli sahə üzrə ali təhsil
SolidWorks, AutoCAD, Inventor proqramlarında sərbəst işləmə bacarığı
Lazer kəsim, CNC və istehsalat prosesləri haqqında anlayışın olması
Çertyoj oxuma, təhlil etmə və istehsala hazırlama bacarıqları
DXF, DWG, STEP formatları ilə işləmə təcrübəsi
İstehsalat sahəsində minimum 1–3 il iş təcrübəsi (arzuolunandır)
Texniki düşüncə tərzi, məsuliyyətlilik və detallara diqqət
Komanda ilə işləmək bacarığı və operativlik
Şirkət təklif edir:
Stabil və inkişaf yönümlü istehsalat mühitində iş imkanı
Aylıq əmək haqqı: Müsahibə nəticəsinə əsasən
Rəsmi məşğulluq və əmək müqaviləsi
Könüllü Tibbi sığorta paketi
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
FlexPro MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3005
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə