Şirkətlərə Qayıt
Pasha Malls

Pasha Malls

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Pasha Malls

Marketinq üzrə böyük mütəxəssis

Pasha Malls

Tam Ştat
Orta Səviyyə

PASHA Malls üçün reklam gəlirləri üzrə tərəfdaşlarla münasibətlərin idarə olunmasını və koordinasiyasını həyata keçirmək; Tender proseslərinin və müqavilələrin hazırlanmasının koordinasiyasını təmin etmək; Reklamların dəyişdirilməsi ilə bağlı icazə proseslərinin vaxtında tamamlanmasına nəzarət etmək; Hesab-faktura (invoice) proseslərinin mütəmadi monitorinqini və nəzarətini həyata keçirmək, müvafiq hesabatlar hazırlamaq; PASHA Malls-ın LinkedIn səhifəsinin idarə olunması üzrə strateji planlar hazırlamaq və icrasını təmin etmək; İzləyici aktivliyini (engagement) artırmaq və məzmunu şirkətin brend hədəflərinə uyğunlaşdırmaq; Qlobal marketinq trendlərini və gündəmlərini izləmək, mütəmadi hesabatlar təqdim etmək; PASHA Malls brendlərinin təşviqi üçün innovativ marketinq kanalları və tədbirlər təklif etmək; Marketinq təşəbbüslərində süni intellektin (AI) tətbiqi imkanlarını araşdırmaq; Marketinq layihələrində AI əsaslı alət və texnologiyaların inteqrasiyasına rəhbərlik etmək; Ticarət mərkəzlərinə (mall) uyğun mobil tətbiqlər üzrə qlobal trendləri və ən yaxşı təcrübələri araşdırmaq; Şirkət tərəfindən mobil tətbiqin tətbiqi ilə bağlı qərar verildiyi halda, inkişaf prosesinə nəzarət etmək; Tədbirlər üçün video hazırlanması daxil olmaqla, təyin edilmiş layihə əsaslı işlərin idarə olunmasını təmin etmək; Təyin edilmiş marketinq mövzuları üzrə detallı hesabatlar və təhlillər hazırlamaq; HR tərəfindən təşəbbüs edilən marketinq layihələrinə dəstək göstərmək; PASHA Malls brendinin gücləndirilməsi məqsədilə strategiyalar hazırlamaq və müvafiq fəaliyyətləri icra etmək.

Razılaşma yolu ilə

Son Tarix: 18 yanvar 2026

Pasha Malls

Əməliyyat üzrə menecer

Pasha Malls

Tam Ştat
Orta Səviyyə

Ticarət mərkəzinin ümumi sahələr, texniki zonalar, dayanacaq və digər ərazilər daxil olmaqla gündəlik fəaliyyətinə rəhbərlik etmək; HVAC sistemləri, işıqlandırma, təmizlik, avadanlıq və infrastrukturun keyfiyyət, və estetik standartlara uyğunluğunu təmin etmək; Texniki xidmət planlarını icra etmək və gündəlik keyfiyyət yoxlamaları ilə obyektin daimi operativ hazır olmasını təmin etmək; Əməliyyatlar üzrə Menecer Müavinləri , təmizlik və üçüncü tərəf podratçıları daxil olmaqla Əməliyyat komandasını idarə etmək və inkişaf etdirmək; Xidmət keyfiyyəti və intizamı təmin edən KPI əsaslı performans monitorinq sistemini tətbiq etmək; Komanda üzvlərinin peşəkar inkişafı üçün təlim və inkişaf proqramlarına rəhbərlik etmək; PASHA Malls siyasətləri və əməliyyat prosedurlarına tam uyğunluğu təmin etmək; Sətəm daxil olmaqla yeni prosedurların nəzərdən keçirilməsi və tətbiqinə dəstək vermək; İcarəçilərin müqavilə şərtləri, ticarət mərkəzi qaydaları və təhlükəsizlik tələblərinə əməl etməsini nəzarətdə saxlamaq; Sığorta, sertifikatlar, icazələr, lisenziyalar, təsdiqlənmiş layihələr və digər mall/icarəçi sənədlərini dəqiq və yenilənmiş şəkildə idarə etmək; Məlumat xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək və yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək; İcarəçilərin müraciətlərinə peşəkar və həll yönümlü şəkildə yanaşmaq; Dayanacaq fəaliyyətinə rəhbərlik etmək, nəqliyyat axınının düzgün idarə olunmasını və qonaq məmnuniyyətini təmin etmək; Dayanacaq sistemləri və avadanlıqlarının fasiləsiz texniki işləkliyini təmin etmək; OPEX və CAPEX büdcələrinin hazırlanması və monitorinqində Mall Manager-ə dəstək olmaq; Xidmət keyfiyyətini qoruyaraq xərc optimizasiyası təşəbbüslərini dəstəkləmək; Podratçı performansını və müqavilə öhdəliklərinə əməl olunmasını nəzarətdə saxlamaq; Effektivlik, davamlılıq, enerji qənaəti və qonaq təcrübəsinin artırılmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək; Footfall, rəylər və KPI-lar əsasında məlumat yönümlü qərarlar qəbul etmək; PASHA Malls Values & Behaviours, Code of Ethics və Gifts & Hospitality siyasətlərinin tətbiq edilməsini təşviq etmək; Bütün fəaliyyətlərin təhlükəsizlik, dürüstlük və qonaq mərkəzli xidmət prinsiplərinə uyğun olmasını təmin etmək; Mall Manager tərəfindən verilmiş əlavə tapşırıqları yerinə yetirmək.

Razılaşma yolu ilə

Son Tarix: 10 yanvar 2026