Əməliyyat üzrə menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 10 yanvar 2026
Təsvir
Ticarət mərkəzinin ümumi sahələr, texniki zonalar, dayanacaq və digər ərazilər daxil olmaqla gündəlik fəaliyyətinə rəhbərlik etmək;
HVAC sistemləri, işıqlandırma, təmizlik, avadanlıq və infrastrukturun keyfiyyət, və estetik standartlara uyğunluğunu təmin etmək;
Texniki xidmət planlarını icra etmək və gündəlik keyfiyyət yoxlamaları ilə obyektin daimi operativ hazır olmasını təmin etmək;
Əməliyyatlar üzrə Menecer Müavinləri , təmizlik və üçüncü tərəf podratçıları daxil olmaqla Əməliyyat komandasını idarə etmək və inkişaf etdirmək;
Xidmət keyfiyyəti və intizamı təmin edən KPI əsaslı performans monitorinq sistemini tətbiq etmək;
Komanda üzvlərinin peşəkar inkişafı üçün təlim və inkişaf proqramlarına rəhbərlik etmək;
PASHA Malls siyasətləri və əməliyyat prosedurlarına tam uyğunluğu təmin etmək;
Sətəm daxil olmaqla yeni prosedurların nəzərdən keçirilməsi və tətbiqinə dəstək vermək;
İcarəçilərin müqavilə şərtləri, ticarət mərkəzi qaydaları və təhlükəsizlik tələblərinə əməl etməsini nəzarətdə saxlamaq;
Sığorta, sertifikatlar, icazələr, lisenziyalar, təsdiqlənmiş layihələr və digər mall/icarəçi sənədlərini dəqiq və yenilənmiş şəkildə idarə etmək;
Məlumat xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək və yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
İcarəçilərin müraciətlərinə peşəkar və həll yönümlü şəkildə yanaşmaq;
Dayanacaq fəaliyyətinə rəhbərlik etmək, nəqliyyat axınının düzgün idarə olunmasını və qonaq məmnuniyyətini təmin etmək;
Dayanacaq sistemləri və avadanlıqlarının fasiləsiz texniki işləkliyini təmin etmək;
OPEX və CAPEX büdcələrinin hazırlanması və monitorinqində Mall Manager-ə dəstək olmaq;
Xidmət keyfiyyətini qoruyaraq xərc optimizasiyası təşəbbüslərini dəstəkləmək;
Podratçı performansını və müqavilə öhdəliklərinə əməl olunmasını nəzarətdə saxlamaq;
Effektivlik, davamlılıq, enerji qənaəti və qonaq təcrübəsinin artırılmasına yönəlmiş təşəbbüslərə rəhbərlik etmək;
Footfall, rəylər və KPI-lar əsasında məlumat yönümlü qərarlar qəbul etmək;
PASHA Malls Values & Behaviours, Code of Ethics və Gifts & Hospitality siyasətlərinin tətbiq edilməsini təşviq etmək;
Bütün fəaliyyətlərin təhlükəsizlik, dürüstlük və qonaq mərkəzli xidmət prinsiplərinə uyğun olmasını təmin etmək;
Mall Manager tərəfindən verilmiş əlavə tapşırıqları yerinə yetirmək.
Tələblər
Biznesin idarəetməsi, marketinq, ticarət, idarəetmə, maliyyə və ya oxşar sahələr üzrə diplom.
Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq bacarığı.
Ms Ofis (Word, Excel, Power Point) proqramlarında işləmək bacarıqları.
Qonaqpərvərlik və ya qonaq(müştəri) xidmətləri sahəsində təcrübə.
Yaxşı qonaq xidməti və təşkilatçılıq bacarığı.
Şəxslərarası münasibətlər qurmaq bacarığı və bütün səviyyələrdə işçilərlə səmərəli qarşılıqlı əlaqə qura bilmək.
İnzibati detalları və gündəlik işləri idarə etmək bacarığı; gündəlik məsələləri müstəqil şəkildə, məsuliyyəti öz üzərinə götürərək həll etmək.
Güclü təşkilatçılıq bacarıqları, çoxsaylı tapşırıqları eyni zamanda yerinə yetirmək bacarığı.
Vaxtın düzgün idarəedilməsi bacarıqları və işi prioritetləşdirmək bacarığı.
Detallara diqqət və problem həll etmə bacarığı.
Böyük komandanın bir hissəsi kimi çalışmaq, həmçinin müstəqil işləmək bacarığına sahib olmaq.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pasha Malls
Vakansiya Təfərrüatları
Vakansiya ID
#1774
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə