Customer Support Specialist
Splus Support Manager – Vəzifə Öhdəlikləri
Xanım əməkdaş
Müştərilərin (sakinlərin, bina menecerlərinin və idarəetmə şirkətlərinin) telefon, e-mail, WhatsApp, Telegram vasitəsilə daxil olan sorğu və şikayətlərinə operativ və nəzakətli şəkildə cavab vermək.
Domofon, IP kamera, turniket, şlaqbaum, kart oxuyucular və digər giriş-çıxış sistemlərində yaranan texniki problemləri mümkün qədər onlayn formada (platforma üzərindən cihazlara qoşulmaqla) həll etmək, konfiqurasiya dəyişiklikləri etmək, uzaqdan yenidən başlatma və s.
Gündəlik olaraq daxil olan bütün zənglərə cavab vermək, zəngləri qaçırmamaq, zəruri hallarda geri zəng etmək.
Splus mobil tətbiqi üzrə sakinlərə borc məlumatlarının (kommunal, idarəetmə haqqı və s.) düzgün və vaxtında yüklənməsini təmin etmək, borc hesabatlarının hazırlanması və tətbiqə əlavə edilməsi.
Aylıq və ya sorğu əsasında ödəniş siyahılarının (Excel, PDF formatında) hazırlanması, bina menecerlərinə və müştərilərə göndərilməsi.
Bina menecerlərinə “Splus Əmlak” veb-platformasının istifadəsi ilə bağlı təlim keçmək, onları sistemə daxil etmək, sorğuların yaradılması, hesabatların çıxarılması, sakinlərin əlavə edilməsi kimi funksiyaları öyrətmək.
Yeni sakinlərə Splus mobil tətbiqinin quraşdırılması, qeydiyyatdan keçməsi, domofonla əlaqələndirilməsi, borc ödənişi funksiyalarının işlədilməsi barədə ətraflı məlumat vermək (zəng, mesaj və ya video-təlim vasitəsilə).
Domofon sistemində yaranan problemlərin (səs çatmaması, şəkil görünməməsi, qapı açılmaması və s.) ilkin diaqnostikasını aparmaq, problemi onlayn həll edə bilmirsə, sahə əməkdaşına və ya texniki qrupa ətraflı tapşırıq yazmaq.
CRM və ya daxili ticket sistemində bütün sorğuların qeydə alınmasını, statuslarının yenilənməsini və bağlanmasını təmin etmək.
Gündəlik/haftalık/aylıq dəstək hesabatlarını (cavab müddəti, həll olunan sorğuların faizi, ən çox rast gəlinən problemlər) hazırlayıb rəhbərliyə təqdim etmək.
Müştəri məmnuniyyətini artırmaq məqsədilə geri dönüş sorğuları aparmaq, şikayətləri analiz edib təkrarlanma hallarının qarşısını almaq üçün təkliflər vermək.
Şirkətin yeni xidmət və funksiyaları (məsələn: onlayn ödəniş, qonaq keçidi, avtomobil nömrəsi ilə giriş) haqqında müştəriləri məlumatlandırmaq.
Rəhbərliyin verdiyi digər tapşırıqları (yeni işçilərə təlim, platforma testləri, kampaniya mesajlarının göndərilməsi və s.) vaxtında və keyfiyyətli icra etmək.