Montajçı

Bakı,, Baku, city,, White, City,, 3st, Green, Island

Tam Ştat

Orta Səviyyə

650 - 750 AZN

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 22 yanvar 2026

Təsvir

Splus Sahə Əməkdaşı Fiziki Servis

Bəy Əməkdaş

  1. Şirkətin xidmət müqaviləsi çərçivəsində idarə etdiyi binalarda aşağıdakı avadanlıq və sistemlərin fiziki servis və texniki baxımını icra etmək: – Elektromexaniki qapı kilidləri, elektromaqnit kilidlər – Turniketlər, şlaqbaumlar və avtomatik baryerlər – Liftlərin giriş-çıxış düymələri, çağırış panelləri – Domofon sistemləri (audio və video) – IP kameralar, DVR/NVR qeydiyyat cihazları – Çıxış düymələri (exit button), kart oxuyucular, biometrik oxuyucular – Zəif cərəyan kabelləşməsi (UTP, koaksial, enerji kabelləri)

  2. Bina menecerlərinin və sakinlərin yaratdığı sorğu və şikayətlərə operativ reaksiya vermək, problemləri yerində aradan qaldırmaq və ya zəruri hallarda yuxarı instansiyaya (texniki rəhbərə) məlumat vermək.

  3. Mənzillərdə və ümumi sahələrdə domofon sisteminin kabelləşməsinə nəzarət etmək, nasaz kabelləri aşkar edib təmir/əvəzləmə işlərini yerinə yetirmək.

  4. Yeni quraşdırılmış domofon, kamera və giriş-çıxış sistemlərinin fiziki quraşdırılmasına dəstək vermək (kabel çəkilişi, cihaz montajı, test etmə).

  5. Avadanlıqların profilaktik baxışını aparmaq, potensial nasazlıqları əvvəlcədən aşkar etmək və qarşısını almaq.

  6. Hər ziyarətdən sonra xidmət aktı (sənəd və ya mobil tətbiqdə) doldurmaq, görülən işləri, istifadə olunan ehtiyat hissələrini qeyd etmək.

  7. Anbarda olan ehtiyat hissələrinin (kabel, konnektor, güc mənbəyi, rele və s.) sərfiyyatına nəzarət etmək, çatışmazlıq olduqda vaxtında məlumat vermək.

  8. İş zamanı təhlükəsizlik qaydalarına (elektrik təhlükəsizliyi, hündürlükdə iş qaydaları) ciddi riayət etmək, şəxsi mühafizə vasitələrindən istifadə etmək.

  9. Şirkətin verdiyi avtomobil, alət və avadanlıqlara qayğı ilə yanaşmaq, onların saz vəziyyətdə saxlanmasına cavabdeh olmaq.

  10. Gerekli hallarda qonşu sahə əməkdaşları ilə əməkdaşlıq edərək böyük həcmli işləri birlikdə icra etmək.

  11. Rəhbərliyin əlavə tapşırıqlarını (məsələn: yeni obyektə baxış, inventarlaşdırma, təlimlərdə iştirak) vaxtında və keyfiyyətli yerinə yetirmək.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2845

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Customer Support Specialist

Tam Ştat

Splus Support Manager – Vəzifə Öhdəlikləri Xanım əməkdaş Müştərilərin (sakinlərin, bina menecerlərinin və idarəetmə şirkətlərinin) telefon, e-mail, WhatsApp, Telegram vasitəsilə daxil olan sorğu və şikayətlərinə operativ və nəzakətli şəkildə cavab vermək. Domofon, IP kamera, turniket, şlaqbaum, kart oxuyucular və digər giriş-çıxış sistemlərində yaranan texniki problemləri mümkün qədər onlayn formada (platforma üzərindən cihazlara qoşulmaqla) həll etmək, konfiqurasiya dəyişiklikləri etmək, uzaqdan yenidən başlatma və s. Gündəlik olaraq daxil olan bütün zənglərə cavab vermək, zəngləri qaçırmamaq, zəruri hallarda geri zəng etmək. Splus mobil tətbiqi üzrə sakinlərə borc məlumatlarının (kommunal, idarəetmə haqqı və s.) düzgün və vaxtında yüklənməsini təmin etmək, borc hesabatlarının hazırlanması və tətbiqə əlavə edilməsi. Aylıq və ya sorğu əsasında ödəniş siyahılarının (Excel, PDF formatında) hazırlanması, bina menecerlərinə və müştərilərə göndərilməsi. Bina menecerlərinə “Splus Əmlak” veb-platformasının istifadəsi ilə bağlı təlim keçmək, onları sistemə daxil etmək, sorğuların yaradılması, hesabatların çıxarılması, sakinlərin əlavə edilməsi kimi funksiyaları öyrətmək. Yeni sakinlərə Splus mobil tətbiqinin quraşdırılması, qeydiyyatdan keçməsi, domofonla əlaqələndirilməsi, borc ödənişi funksiyalarının işlədilməsi barədə ətraflı məlumat vermək (zəng, mesaj və ya video-təlim vasitəsilə). Domofon sistemində yaranan problemlərin (səs çatmaması, şəkil görünməməsi, qapı açılmaması və s.) ilkin diaqnostikasını aparmaq, problemi onlayn həll edə bilmirsə, sahə əməkdaşına və ya texniki qrupa ətraflı tapşırıq yazmaq. CRM və ya daxili ticket sistemində bütün sorğuların qeydə alınmasını, statuslarının yenilənməsini və bağlanmasını təmin etmək. Gündəlik/haftalık/aylıq dəstək hesabatlarını (cavab müddəti, həll olunan sorğuların faizi, ən çox rast gəlinən problemlər) hazırlayıb rəhbərliyə təqdim etmək. Müştəri məmnuniyyətini artırmaq məqsədilə geri dönüş sorğuları aparmaq, şikayətləri analiz edib təkrarlanma hallarının qarşısını almaq üçün təkliflər vermək. Şirkətin yeni xidmət və funksiyaları (məsələn: onlayn ödəniş, qonaq keçidi, avtomobil nömrəsi ilə giriş) haqqında müştəriləri məlumatlandırmaq. Rəhbərliyin verdiyi digər tapşırıqları (yeni işçilərə təlim, platforma testləri, kampaniya mesajlarının göndərilməsi və s.) vaxtında və keyfiyyətli icra etmək.

Bakı,, Baku, city,, White, City,, 3st, Green, Island