Application Specialist (Texniki Laborant / Laborant-Həkim)
İş şəraiti
İş yeri: Bakı (ezamiyyət imkanları ilə)
İş rejimi: Tam ştat | 5 gün
Maaş: Razılaşma yolu ilə
Əmək müqaviləsi: Var
İnkişaf imkanı: Karyera yüksəlişi və xaricdə təkmilləşdirmə proqramları
Şöbə: Tibbi Laboratoriya
Vəzifənin məqsədi
Application Specialist olaraq namizədimiz laboratoriya analizatorlarının tətbiqi, reagentlərin performansının qiymətləndirilməsi və texniki problemlərin operativ həlli sahəsində əsas texniki dəstək rolunu icra edəcək. Bu rol laboratoriya bilikləri ilə texniki düşüncənin kəsişməsində yerləşir.
Əsas vəzifə və öhdəliklər
Analizator və reagent tətbiqi
Biokimya analizatorlarının işləmə sistemlərini və prinsiplərini dərindən anlamaq
Reagentlərin analizatorlarda düzgün tətbiqini və parametrlərinin yoxlanmasını təmin etmək
Application sheet-lər, metod parametrləri və reagent–analizator uyğunluğunun izlənməsi
Demo və sınaq (trial) mərhələlərində reagent performansının qiymətləndirilməsi
Keyfiyyət və texniki nəzarət
Reagentlərin keyfiyyət göstəricilərinin (precision, accuracy, linearity və s.) analiz edilməsi
Kalibrasiya və QC proseslərinin düzgün qurulmasına nəzarət
Analizator sistemində reagentlə bağlı yaranan texniki problemləri tanımaq və həll etmək
Texniki uyğunsuzluqların səbəblərini analiz edərək korrektiv tədbirlər görmək
Texniki dəstək və kommunikasiya
Laboratoriya personalına texniki dəstək göstərmək
Texniki suallara cavab vermək və problemləri yerində və ya uzaqdan həll etmək
Satış və marketinq komandası ilə texniki tərəfdaşlıq
İstehsalçı və xarici partnyorlarla texniki yazışmaların aparılması
Təlim və inkişaf
Yeni reagent və analizator texnologiyalarını öyrənmək
Texniki təlimlərdə və sertifikasiya proqramlarında iştirak
Daxili təlim materiallarının hazırlanmasına dəstək
Təlimlərin təşkili