Application Specialist (Texniki Laborant / Laborant-Həkim)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı (ezamiyyət imkanları ilə)
İş rejimi: Tam ştat | 5 gün
Maaş: Razılaşma yolu ilə
Əmək müqaviləsi: Var
İnkişaf imkanı: Karyera yüksəlişi və xaricdə təkmilləşdirmə proqramları
Şöbə: Tibbi Laboratoriya
Vəzifənin məqsədi
Application Specialist olaraq namizədimiz laboratoriya analizatorlarının tətbiqi, reagentlərin performansının qiymətləndirilməsi və texniki problemlərin operativ həlli sahəsində əsas texniki dəstək rolunu icra edəcək. Bu rol laboratoriya bilikləri ilə texniki düşüncənin kəsişməsində yerləşir.
Əsas vəzifə və öhdəliklər
Analizator və reagent tətbiqi
Biokimya analizatorlarının işləmə sistemlərini və prinsiplərini dərindən anlamaq
Reagentlərin analizatorlarda düzgün tətbiqini və parametrlərinin yoxlanmasını təmin etmək
Application sheet-lər, metod parametrləri və reagent–analizator uyğunluğunun izlənməsi
Demo və sınaq (trial) mərhələlərində reagent performansının qiymətləndirilməsi
Keyfiyyət və texniki nəzarət
Reagentlərin keyfiyyət göstəricilərinin (precision, accuracy, linearity və s.) analiz edilməsi
Kalibrasiya və QC proseslərinin düzgün qurulmasına nəzarət
Analizator sistemində reagentlə bağlı yaranan texniki problemləri tanımaq və həll etmək
Texniki uyğunsuzluqların səbəblərini analiz edərək korrektiv tədbirlər görmək
Texniki dəstək və kommunikasiya
Laboratoriya personalına texniki dəstək göstərmək
Texniki suallara cavab vermək və problemləri yerində və ya uzaqdan həll etmək
Satış və marketinq komandası ilə texniki tərəfdaşlıq
İstehsalçı və xarici partnyorlarla texniki yazışmaların aparılması
Təlim və inkişaf
Yeni reagent və analizator texnologiyalarını öyrənmək
Texniki təlimlərdə və sertifikasiya proqramlarında iştirak
Daxili təlim materiallarının hazırlanmasına dəstək
Təlimlərin təşkili
Tələblər
Təhsil və peşəkar baza
Tibb, laboratoriya diaqnostikası, biokimya və ya əlaqəli sahədə ali təhsil
Laboratoriya mühitində praktik iş təcrübəsi (mütləqdir)
Biokimya testləri və laboratoriya workflow-u üzrə güclü baza
Təcrübə
2–5 il laboratoriya, IVD, reagent və ya analizatorlarla iş təcrübəsi
Application Specialist, laborator texnik və ya oxşar texniki rolda təcrübə üstünlükdür
Texniki bacarıqlar
Biokimya analizatorlarının iş prinsiplərini anlamaq
Reagent performansını texniki baxımdan qiymətləndirmə bacarığı
Problem həll etmə və analitik düşüncə
Texniki sənədlərlə işləmə bacarığı (manual, application sheet, QC data)
Test/kit sərfiyyatının və reagent ehtiyacının proqnozlarının texniki əsaslarla yoxlanması və təsdiqlənməsi
Dil bilikləri
İngilis dili – mütləqdir (texniki yazışma və sənədlər üçün)
Rus və ya digər dillər üstünlükdür
Şəxsi keyfiyyətlər
Nizam-intizamlı və məsuliyyətli
Yaradıcı yanaşma, öyrənməyə açıq və texnologiyaya maraqlı
Səliqəli və detallara diqqətli
Komandada işləmə və kommunikasiya bacarığı
Ünsiyyətcil və təqdimat bacarığı olan
Ezamiyyət və sahə işlərinə açıq
Biz nə təklif edirik
Beynəlxalq IVD və analizator layihələrində iştirak
Peşəkar texniki inkişaf və təlim imkanları
Stabil və inkişaf yönümlü iş mühiti
Karyera yüksəlişi üçün real perspektiv
Rəqabətədavamlı əmək haqqı (təcrübəyə görə)
Uyğun namizədlərdən xahiş olunur CV-lərini mövzu hissəsində “Application Specialist” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Viva Medical Group MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4124
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə