Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
Aparıcı inspektor (Naxçıvan regional idarəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 7 yanvar 2026
Təsvir
Əsas öhdəliklər:
Sərnişin və yük daşımalarının qanunvericiliyə, beynəlxalq tələblərə və təhlükəsizlik qaydalarına uyğun həyata keçirilməsinə nəzarət etmək;
“Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların aparılmasının qarşısını almaq və daşıyıcılar arasında maarifləndirmə aparmaq;
Şəhərlərarası və rayonlararası sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;
Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;
Regional idarənin əhatə etdiyi ərazidə avtovağzal və avtostansiyaların fəaliyyətinin normativ tələblərə uyğun təşkilinə nəzarət etmək;
Qanunvericiliklə müəyyən edilmiş qaydalar əleyhinə inzibati xətaların aşkarlanması və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsində iştirak etmək;
Xidməti göstərişlərin icrası zamanı digər əməkdaşlara dəstək göstərmək və fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin tam və vaxtında icrasını təmin etmək;
Peşə biliklərini inkişaf etdirmək və iş prosesində qabaqcıl metodlardan istifadə etmək.
Görülmüş işlərlə bağlı hesabatların hazırlanmasını təmin etmək;
Tələblər
Tələblər və bacarıqlar:
Nəqliyyat sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
Azərbaycan dilini sərbəst bilmək;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyi və normativ aktları;
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
Avtomobil nəqliyyatı və logistika sahəsində peşəkar bilik və təcrübənin olması;
Tapşırıqları vaxtında və dəqiqliklə icra etmək;
Problem həll etmə və qərarvermə bacarığı;
Kollektivdə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Prioritetləri düzgün müəyyən etmək və eyni anda bir neçə iş üzrə çalışmaq;
İdarəetmə bacarıqları;
Normativ aktlarla bağlı dəyişiklikləri daim izləmək və tətbiq etmək bacarığı;
Yüksək səviyyədə inandırıcı kommunikasiya və əsaslandırılmış qərarvermə;
Konfliktlərin idarə edilməsi və çətin vəziyyətlərdə konstruktiv yanaşma;
Bir neçə işi paralel idarə etmək və prioritetləri düzgün bölüşdürmək;
Müzakirə aparmaq və razılaşdırma bacarığı;
Mentorluq və əməkdaşların inkişafına dəstək olmaq;
İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#344
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə