Elektrik mühəndisi

Bakı

Tam Ştat

Orta Səviyyə

1.200 - 1.500 AZN

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 15 yanvar 2026

Təsvir

Estet şirkəti 27 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;

  • Ezamiyyə imkanları;

  • Ünsiyyət yaratmaq bacarığı;

  • İşə planlı yanaşması;

  • Fəal olması və komandada işləmək bacarığı.

İş barədə məlumat:

  • Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;

  • Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;

  • Transformator, elektron avadanlıqların texniki xidməti;

  • Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;

  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;

  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;

  • Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;

  • Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;

  • Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;

  • Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;

  • Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;

  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,

  • Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,

  • Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı

  • Autocad və ofis proqramlarını bilmə bacarığı

Elektrik mühəndisinin vəzifə öhdəlikləri:

Layihələndirmə və planlaşdırma:

  • Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi.

  • Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması.

Quraşdırma və istismar:

  • Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət.

  • Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili.

Təhlükəsizlik və normativlər:

  • Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət.

  • Sınaq və yoxlama işlərinin aparılması.

Koordinasiya və nəzarət:

  • Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət.

  • İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi.

Məlumatların təhlili və hesabat:

  • Enerji sərfiyyatının təhlili və optimallaşdırılması.

  • Gündəlik və aylıq hesabatların hazırlanması.

İş şəraiti:

  • 5 günlük iş həftəsi

  • Nahar fasiləsi: 13:00-14:00

  • Nahar müəssisə tərəfindən təmin edilir

  • Əmək haqqı: 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Elektrik Mühəndisi*”** qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2999

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Zəif axin işləri üzrə layihəçi mühəndis

Tam Ştat

Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili Zəif axın sistemləri üzrə ən azı 2 illik təcrübə Texniki çertyoj və sxemləri oxuma bacarığı Komandada işləmək və texniki problem həll etmə bacarığı Vəzifə öhdəlikləri: CCTV, yangın siqnalizasiya sistemi, girişə nəzarət, siqnalizasiya, domofon, internet və telefon şəbəkələri üzrə montaj, sazlama və texniki xidmət işlərini icra etmək Layihə üzrə zəif axın sistemlərinin sxemlərinin və iş planlarının hazırlanması və oxunması Müvafiq sistemlərin proqramlaşdırılması və inteqrasiyasını həyata keçirmək (məsələn, CCTV + girişə nəzarət sistemi) Obyektdə quraşdırılmış avadanlıqların düzgün işləməsinə nəzarət etmək və sınaqdan keçirmək Texniki sənədlərin (çertyoj, sxem, hesabat və s.) hazırlanması və arxivləşdirilməsi Digər şöbələrlə və podratçılarla koordinasiyalı işləmək Autocad və ofis proqramlarını bilmə bacarığı İş şəraiti 5 günlük iş rejimi, 9.00-18.00 arası Şirkət tərəfindən nahar yeməyi təmin olunur Əmək haqqı danışıq yolu ilə 800- 1000 arası (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur). Göstərilən nəticələrə uyğun olaraq əməkhaqqının artırılması mümkündür. Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axin işləri üzrə layihəçi mühəndis qeyd etməklə göndərə bilərlər.