Elektrik mühəndisi

Aparıcı şirkətlərdən 16 iş imkanı kəşf edin

Estet

Elektrik mühəndisi

Estet

Tam Ştat
Orta Səviyyə

Estet şirkəti 27 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir. Namizədin şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyyəti; Ezamiyyə imkanları; Ünsiyyət yaratmaq bacarığı; İşə planlı yanaşması; Fəal olması və komandada işləmək bacarığı. İş barədə məlumat: Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq; Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq; Transformator, elektron avadanlıqların texniki xidməti; Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək; Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək; Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək; Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək; Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək; Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək; Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək; Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək, Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək, Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı Autocad və ofis proqramlarını bilmə bacarığı Elektrik mühəndisinin vəzifə öhdəlikləri: Layihələndirmə və planlaşdırma: Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi. Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması. Quraşdırma və istismar: Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət. Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili. Təhlükəsizlik və normativlər: Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət. Sınaq və yoxlama işlərinin aparılması. Koordinasiya və nəzarət: Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət. İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi. Məlumatların təhlili və hesabat: Enerji sərfiyyatının təhlili və optimallaşdırılması. Gündəlik və aylıq hesabatların hazırlanması. İş şəraiti: 5 günlük iş həftəsi Nahar fasiləsi: 13:00-14:00 Nahar müəssisə tərəfindən təmin edilir Əmək haqqı: 1200-1500 AZN Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində Elektrik Mühəndisi*”** qeyd etməklə göndərə bilərlər.

1.200 - 1.500 AZN

Bakı

Son Tarix: 15 yanvar 2026

Azerbaijan SuperMarket

Elektrik mühəndisi

Azerbaijan SuperMarket

Tam Ştat
Orta Səviyyə

Vəzifənin məqsədi: Bütün mağaza və müəssisələrdə yüksək gərginlikli, yüksək cərəyanlı və zəif axın sistemləri, o cümlədən generatorlar və mühafizə sistemlərinin quraşdırılması, yoxlanılması, texniki xidməti və təmiri işlərini idarə etməklə elektrik sistemlərinin etibarlı və təhlükəsiz işləməsini təmin etmək. Bu vəzifənin məqsədi həmçinin əməliyyat səmərəliliyini optimallaşdırmaq, xərcləri azaltmaq, layihələrin planlaşdırılmasını və icrasını dəstəkləmək, həmçinin texniki personalın fəaliyyətinə nəzarət edərək davamlı, təhlükəsiz və enerji səmərəli elektrik əməliyyatlarını təmin etməkdir. Öhdəliklər: Mağazalarda olan elektrik sistemlərinin texniki sazlığının təmin olunması, istismar dövründə elektrik sistemlərində yaranan problemlərin aradan qaldırılması. Mağazalarda olan yüksək gərginlik və yüksək cərəyan qurğularının və umumi elektrik sistemlərinin illik texniki istismara yararlılığının təmin olunması məqsədi ilə texniki müayinə, sınaq və təmir işlərinin düzgün və operativ həyata keçirilməsinin təşkili. Zəyif axın mühafizə sistemlərinin (yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemləri, oğurluq əleyhinə mühafizə sistemləri) texniki sazlığının təmin edilməsi və istismar müddətlərində daimi yararlılığının təmin edilməsi üçün servis xidmətlərinin təmin olunması və işinə nəzarət. Generatorların istismar dövründə servis baxımlarının təşkili və nəzarəti. Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək; Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək; Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək; Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə rəy vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək; Vəzifə üzrə tələblər: Təhsil: Ali texniki təhsil (elektrik mühəndisliyi, elektroenergetika və ya əlaqədar sahə üzrə). İş təcrübəsi: Elektrik mühəndisi vəzifəsində minimum 3–5 il iş təcrübəsi. Elektrik sistemlərinin quruluşu, texniki istismarı və təmiri sahəsində dərin biliklər; Yüksək gərginlik və yüksək cərəyan qurğularının istismarı üzrə praktiki bacarıqlar; Zəif axın sistemləri (yanğın siqnalizasiya, avtomatik yanğınsöndürmə, oğurluq əleyhinə mühafizə və s.) üzrə bilik və təcrübə; Generatorların istismar və servis xidmətlərinin təşkili; Elektrik layihələndirmə, təhlil və texniki sənədlərin oxunması və ekspertizası bacarığı. Bacarıqlar: Texniki problemlərin operativ həlli, nasazlıqların diaqnostikası və aradan qaldırılması; Texniki baxış və profilaktik işlərin planlaşdırılması və təşkili; Layihələrin elektrik hissəsinin seçimi və təhlilində iştirak etmək, optimallaşdırma təklifləri vermək; Komandada işləmə, işçilərin fəaliyyətinə nəzarət və işin prioritetləşdirilməsi bacarığı. Kompyuter bacarıqları: MS Office proqramları, AutoCAD və elektrik sahəsi üzrə müvafiq proqram təminatlarından istifadə bacarığı. Dil bilikləri: Azərbaycan dili səlis, rus və/və ya ingilis dili biliyi üstünlükdür. Məsuliyyətli, dəqiq və intizamlı; Analitik düşünmə və qərarvermə qabiliyyəti; Təzyiq altında işləmə və operativ qərar vermə bacarığı. Maraqlanan namizədlər qeyd olunan elektron poçt ünvanına “Elektrik Mühəndisi” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

PASHA Property Management

Elektrik Mühəndisi

PASHA Property Management

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Elektrik Mühəndisi” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün şirkət binaları üçün planlı profilaktik təmir proqramını həyata keçirmək; Yaranmış nasazlıqları aşkar etmək, problemləri həll etmək və nasazlıq müddətini minimuma endirmək üçün kiçik təmirlər daxil olmaqla, şirkətin bütün cihaz və avadanlıqlarına müntəzəm olaraq planlaşdırılmış texniki xidmət göstərmək; Ehtiyac olduqda reaktiv texniki xidmət göstərmək və dəyişən prioritetlərə uyğun işləmək; Yerli standartlara uyğun elektrik quraşdırma işlərini aparmaq; Şirkət, SƏTƏMM qaydaları və ISO tələblərinə uyğun olaraq texniki xidmət jurnallarını və cədvəlləri tam, dəqiq və vaxtında doldurmaq; Ehtiyac olduqda xarici podratçılarla əlaqə saxlamaq və kömək etmək; Gündəlik, həftəlik və aylıq SƏTƏMM qaydalarının icrası üzrə yoxlamalar aparmaq, vaxtında tədbirlər görmək; Problemlər və təhlükələr barədə rəhbərliyə və SƏTƏMM Menecerinə məlumat vermək, onların həlli üçün təkliflər hazırlamaq; Əsas nasazlıqlar, ciddi problemlər, təmir tələbləri, gecikmələr və ya avadanlıqlar haqqında tam və vaxtında hesabat vermək; Ehtiyac olduqda texniki məsələləri və problemləri aydınlaşdırmaq və aradan qaldırmaq üçün müştərilər və təchizatçılarla birgə işləmək; Texniki xidmətlərlə bağlı məlumatların dəqiq uçotunu aparmaq; Digər komanda üzvlərinin inkişafına dəstək vermək ; Dizayn spesifikasiyaları və texniki cizgiləri oxumaq; Avadanlıqlara texniki istismar xidməti göstərmək; Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.

Razılaşma yolu ilə

Son Tarix: 17 yanvar 2026

IRES

Lead Electrical Engineer

IRES

Tam Ştat
Orta Səviyyə

On behalf of our client, we are seeking a Lead Electrical Engineer Location: Baku, Azerbaijan Employment type: Full-time An international industrial company is looking for an experienced Lead Electrical Engineer to lead the electrical engineering scope of major industrial and capital projects. Key Responsibilities: Lead the design and development of electrical systems for industrial and process facilities Prepare and review engineering deliverables including single-line diagrams, schematics, load lists, and cable schedules Oversee power distribution systems, substations, motor control, lighting, grounding, and protection systems Ensure compliance with international codes and standards (IEC, IEEE, NEC, NFPA) Coordinate electrical design activities with process, mechanical, civil, automation, and project teams Manage electrical scope, schedule, and budget across multiple projects Conduct technical reviews, risk assessments, and constructability evaluations Interface with clients, vendors, and contractors to resolve technical issues Mentor and lead electrical engineers and designers Support procurement activities, technical bid evaluations, and vendor selection Requirements: Bachelor’s or Master’s degree in Electrical Engineering Minimum 7–14 years of experience in electrical and power system engineering within heavy industrial, EPC/EPCM, or large-scale projects Mandatory experience with minerals, metals, DRI/HBI, or similar industrial facilities Strong expertise in power system analysis tools (ETAP, SKM PowerTools, PowerFactory or similar) Proven experience with HV/MV substations, switchgear, transformers, and protection systems Experience leading an electrical engineering discipline or team Fluent English is mandatory (Azerbaijani, Russian, or Mandarin is an advantage) Strong leadership, organizational, and problem-solving skills Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.

Razılaşma yolu ilə

Son Tarix: 12 yanvar 2026

Agrotrade Supply MMC

Elektrik mühəndisi (Balakən)

Agrotrade Supply MMC

Tam Ştat
Orta Səviyyə

Elektrik sistemlərinin texniki sazlığının təmin olunması, istismar dövründə elektrik sistemlərində yaranan problemlərin aradan qaldırılması. Yüksək gərginlik və yüksək cərəyan qurğularının və umumi elektrik sistemlərinin illik texniki istismara yararlılığının təmin olunması məqsədi ilə texniki müayinə, sınaq və təmir işlərinin düzgün və operativ həyata keçirilməsinin təşkili. Zəyif axın mühafizə sistemlərinin (yanğın xəbərverici və avtomatik yanğın söndürmə sistemləri, oğurluq əleyhinə mühafizə sistemləri) texniki sazlığının təmin edilməsi və istismar müddətlərində daimi yararlılığının təmin edilməsi üçün servis xidmətlərinin təmin olunması və işinə nəzarət. Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək; Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək; Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək

Razılaşma yolu ilə

Son Tarix: 21 yanvar 2026