Ana Səhifə
Vakansiyalar

Gəlirlərin optimallaşdırılması üzrə analitika şöbəsi / Aparıcı analitik

Gəlirlərin optimallaşdırılması üzrə analitika şöbəsi / Aparıcı analitik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 5 yanvar 2026

Son Tarix: 11 yanvar 2026

Təsvir

  • Böyük həcmli məlumatların işlənməsi, təmizlənməsi, transformasiyası və analitik modellər üçün hazır vəziyyətə gətirilməsi, yüksək dəqiqlik və etibarlılığın təmin edilməsi;

  • Proqnozlaşdırma, tələb planlaması, qiymət elastikliyi və gəlir tendensiyalarını təhlil etmək üçün statistik və maşın öyrənməsi modellərinin qurulması və tətbiqi;

  • SQL, Python/R və s. vasitəsilə məlumat axınlarının, ETL/ELT proseslərinin və analitik pipeline-ların avtomatlaşdırılması;

  • Kommersiya KPI-ları, gəlir göstəriciləri və performans metriklərini izləmək üçün avtomatlaşdırılmış dashboard və hesabatların (Power BI və s.) hazırlanması və optimallaşdırılması;

  • Marşrut və bazar səviyyəsində gəlir performansının təhlili, zəif nəticələrin müəyyən edilməsi və optimallaşdırma tövsiyələrinin verilməsi;

  • Satış və Şəbəkə və Cədvəl Planlaşdırması ilə sıx əməkdaşlıq edərək gəlir büdcəsi hədəflərinin hazırlanması və paylaşılması;

  • Müştəri seqmentasiyası, davranış analitikası və gəlir töhfəsi modellərinin hazırlanması və inkişaf etdirilməsi;

  • Analitik nəticələrin rəhbərliyə və funksional komandalara təqdim edilməsi;

  • Analitika prosesləri, modellər və məlumat xəritələri üzrə texniki sənədlərin hazırlanması və yenilənməsi;

  • Şəbəkə və Cədvəl Planlaşdırması, Satış və Tərəfdaşlıq, Gəlirlərin İdarəolunması, Tarif və Marketinq ilə əməkdaşlıq edərək gəlir üzrə analitik nəticələrin tətbiqinin təmin edilməsi;

  • Gəlirlərin İdarəolunması, Tarif və Satış üzrə təşəbbüs və pilot layihələrdə tətbiq oluna bilən analitik nəticələrin təqdim edilməsi.

Tələblər

  • Təhsil səviyyəsi: Ali ;

  • Analitik fəaliyyəti üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;

  • Gəlirlərin İdarəolunması, kommersiya analitikası, biznes intellekti və ya oxşar sahədə təcrübə (aviasiya və ya səyahət sənayesi üstünlükdür);

  • Gəlir proqnozları, qiymət modelləri və tələb planlama alətləri hazırlama üzrə praktik təcrübə;

  • Məlumat təhlili, modelləşdirmə və statistik metodlarda (reqressiya, klasterləşmə, zaman sıraları və s.) güclü biliklər;

  • Avtomatlaşdırılmış dashboard və hesabatlar hazırlama üzrə təcrübə (Power BI, Tableau, Excel VBA);

  • SQL və ən azı bir analitik proqramlaşdırma dili (Python, R və s.) ilə işləmə bacarığı;

  • Böyük və mürəkkəb dataset-lərlə işləmə və onları praktik analitik nəticələrə çevirmə təcrübəsi;

  • Gəlir büdcəsi, performans izləmə və KPI çərçivələri ilə tanışlıq;

  • Maşın öyrənməsi konseptləri və prediktiv analitika ilə ilkin təcrübə üstünlükdür;

  • Çoxfunksiyalı komandalarla işləmək və sürətli, məlumat yönümlü mühitdə nəticə əldə etmək təcrübəsi;

  • ETL/ELT prosesləri, data pipeline-lar və məlumat axınlarının avtomatlaşdırılması üzrə təcrübə;

  • Cloud platformalarından hər hansı biri ilə tanışlıq (Azure, AWS, Google Cloud və s.) üstünlükdür;

  • Microsoft Office proqramları- xüsusilə PowerPoint və Excel üzrə yüksək səviyyə;

  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (yüksək).

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azerbaijan Airlines

Azerbaijan Airlines

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4015

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya