Ana Səhifə
Vakansiyalar

İnspektor (Naxçıvan regional idarəsi)

Vakansiyanın müddəti başa çatıb

Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.

İnspektor (Naxçıvan regional idarəsi)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 7 yanvar 2026

Təsvir

Əsas öhdəliklər:

  • Sərnişin və yük daşımalarının qanunvericiliyə və beynəlxalq tələblərə uyğun həyata keçirilməsinə nəzarət etmək;

  • “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” olmadan daşımaların həyata keçirilməsinin qarşısını almaq;

  • Daşıyıcılara normativ hüquqi tələblər üzrə maarifləndirmə dəstəyi göstərmək;

  • Sürücülərin iş və istirahət rejiminə əməl etməsinə nəzarət etmək;

  • Mövcud tariflərə uyğun gediş haqlarının tətbiqinə nəzarət etmək;

  • İnzibati xətaların aşkar olunmasında və müvafiq tədbirlərin görülməsində iştirak etmək.

  • Reyd planlarının hazırlanmasına iştirak etmək və icrasını təmin etmək;

  • Aşkarlanmış inzibati pozuntularla bağlı hesabatların hazırlanmasında iştirak etmək;

  • Müraciətləri araşdırmaq və nəticəyə dair əsaslandırılmış rəy və təkliflər hazırlamaq.

Tələblər

Tələblər və bacarıqlar:

  • Nəqliyyat sahəsi üzrə ali təhsil;

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;

  • Azərbaycan dilini sərbəst səviyyədə bilmək;

  • MS Office proqramlarında işləmə bacarığı ;

  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu;

  • Azərbaycan Respublikasının avtomobil nəqliyyatı sahəsi üzrə qanunvericiliyini və normativ aktları;

  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi barədə biliklər;

  • Avtomobil nəqliyyatı və logistika sahəsində bilik və bacarıqların olması üstünlükdür.

  • İnandırıcı ünsiyyət qurmaq və arqumentləri əsaslandırmaq bacarığı;

  • Çətin situasiyalarda konstruktiv yanaşma;

  • Problem həll etmə və qərarvermədə çeviklik;

  • Stressə davamlılıq və emosional sabitlik;

  • Prioritetləşdirmə və detallara diqqət;

  • Analitik düşünmə və məlumatı dəqiq təhlil etmə;

  • Komanda ilə işləmək bacarığı.

  • İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#346

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Sərnişin daşımaları üzrə aparıcı mütəxəssis (Naxçıvan regional idarəsi)

Tam Ştat

Əsas öhdəliklər: -       Onlayn bilet satışı işinin təşkili və genişləndirilməsi tədbirlərini görmək; -       Sifarişli sərnişin daşımalarına icazələrin verilməsi ilə bağlı müraciətlərə baxmaq və müvafiq hesabatlar hazırlamaq; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       Sərnişin daşımaları üzrə hesabatlılığı təmin etmək və zəruri statistik məlumatların hazırlanmasında iştirak etmək; -       İctimai nəqliyyatın işinin və bu sahədə nəzarətin təşkilində iştirak etmək; -       İctimai nəqliyyatda innovativ həllər, yeni tarif yanaşmaları və modelləşdirmə üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasında iştirak etmək; -       Avtobus parkının yenilənməsi üzrə daşıyıcılarla iş aparmaq və prosesin icrasına nəzarət etmək; -       Təsdiq edilmiş gedişhaqqı tariflərinin tətbiqinə nəzarəti həyata keçirmək və tariflərin müəyyən edilməsində iştirak etmək; -       Marşrut şəbəkəsinin optimallaşdırılması üzrə təhlillər aparmaq, təkliflər vermək və icrasını təmin etmək; -     Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı nəqliyyat xidməti müqavilələrinin bağlanılmasına və icrasına nəzarəti həyata keçirmək; -       Taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində hüquqi və ya fərdi sahibkarlara icazələrin verilməsi üçün təqdim olunan elektron ərizələri yoxlamaq və onları təsdiqləmək; -       Taksi sifarişi operatorlarının fəaliyyətinə icazələrin verilməsi üçün təqdim olunan sənədləri yoxlamaq və təsdiqləmək; -       Elektron sistem üzərindən taksi fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə nəzarəti həyata keçirmək və aidiyyati üzrə tədbirlər görmək; -       Vətəndaş müraciətlərini araşdırmaq və aidiyyəti üzrə cavablandırmaq.