Laboratoriya texniki (beton istehsalı üzrə)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 11 yanvar 2026

Təsvir

  • Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək.

  • Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək.

  • Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.).

  • Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək.

  • Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək.

  • Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək.

  • Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək.

  • Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək.

  • Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək.

  • Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.

Tələblər

  • Orta texniki və ya ali texniki təhsil (mühəndislik, inşaat materialları, kimya texnologiyası və s.).

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi

  • Laboratoriya cihazları ilə işləmə bacarığı

  • Beton və xammal sınaqlarının standart metodlarını bilmək

  • Beton qarışıqlarının nisbətlərini və texniki parametrlərini anlamaq.

Bu vəzifəyə müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com  və ya hr@nwconstructin.com göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “Laboratoriya texniki” mövzu bölməsində göstərin.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2775

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tabelçi (Qarabağ bölgəsində layihələr)

Tam Ştat

Vəzifə funksiyaları: Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq; İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək; İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək; Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək; İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək; İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək; Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək; Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq; HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək; Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək; İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;