Ana Səhifə
Vakansiyalar
Sənaye və İstehsalat

Texniki xidmət (mexanik, elektrik)

Texniki xidmət (mexanik, elektrik)

Aparıcı şirkətlərdən 12 iş imkanı kəşf edin

Sinteks Group of Companies

CCTV Texnik

Sinteks Group of Companies

Tam Ştat
Orta Səviyyə

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir. Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik. Vəzifənin rolu: Bu vəzifənin rolu şirkətin mərkəzi video/audio, giriş-çıxışa nəzarət və antioğurluq sistemlərinə texniki dəstəyin göstərilməsidir. Vəzifə öhdəlikləri: Texniki dəstək və xidmət Video müşahidə, audio, giriş-çıxışa nəzarət və oğurluğa qarşı sistemlərin işlək olmasına texniki dəstək göstərmək Şlaqbaum və turniket sistemlərini quraşdırılması və texniki xidməti həyata keçirmək Kabel və infrastruktur işləri Mağazalarda şəbəkə, audio və analoq kamera kabellərinin çəkilişini icra etmək Mağaza və ofislərdə path panellərin montajını, kommunikasiya şkaflarının və qutularının quraşdırılmasını həyata keçirmək və texniki xidmət göstərmək Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqlar hazırlamaq Layihələndirmə və keyfiyyətə nəzarət Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərini təhlil etmək Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışları keçirmək Layihələrdə zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünü yoxlamaq və layihəçi ilə birlikdə sistemlərin təhlilini aparmaq İcra, qeydiyyat və hesabatlıq Sahəsi üzrə daxil olan müraciətlərin icra prosesini müvafiq proqram təminatında qeydiyyata almaq Daxil olan sorğuları müəyyən edilmiş müddətdə cavablandırmaq və icrasını təmin etmək Layihə bitdikdən sonra yekun hesabat hazırlamaq Məsuliyyətində olan bölmələr: Video-audio avadanlıqları Təhlükəsizlik sistemləri (CCTV (analoq və IP) sistemləri, IP kameralar və DVR/NVR sistemləri və Access Control (keçid nəzarəti) sistemləri) Professional biliklər: İP, DHCP, DNS, LAN, WLAN və s. şəbəkə protokolları barədə baza biliklər Hikvision, Dahua , Vivotek və s.  İP və Analog kameralar və NVR sistemləri üzrə biliklər Audio avadanlıqların quraşdırılması və sazlanması Patch Panel və Rack sistemlərinin yığılması VAST Software haqqında baza biliklər Access Point, Router, və s. şəbəkə avadanlıqlarının tənzimlənməsi CompTIA A+ və ya CCNA sertifikatı arzuolunandır Azərbaycan dili – əla; Rus dili – yaxşı; İngilis dili – arzuolunandır Təhsil: IT sahəsində və ya müvafiq sahədə ali təhsil arzu olunandır İş təcrübəsi: Təhlükəsizlik və video/audio sistemləri üzrə ən azı 1 il iş təcrübəsi Professional bacarıq və səriştələr: Problem həlletmə Zamanın idarəolunması Çeviklik Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “CCTV Texnik” qeyd edərək göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Razılaşma yolu ilə

Son Tarix: 8 yanvar 2026

North West

Laboratoriya texniki (beton istehsalı üzrə)

North West

Tam Ştat
Orta Səviyyə

Test nümunələrinin müvafiq standart və təlimatlara uyğun şəkildə saxlanılmasını təmin etmək. Qeydlərin aparılması zamanı yalnız Keyfiyyət İdarəetmə Sistemi (KİS) tərəfindən təsdiq edilmiş formalar və sənədlərdən istifadə etmək. Təzə beton qarışığı və qruntun laboratoriya və sahə şəraitində sınaqlarını həyata keçirmək (beton konusunun çökməsi, temperaturun ölçülməsi, hava miqdarının təyini və s.). Beton nümunələrinin götürülməsi, saxlanılması və möhkəmlik həddinin müəyyən edilməsini təmin etmək. Aparılan bütün sınaqları və onların nəticələrini düzgün şəkildə qeydiyyata almaq və sistemə işləmək. Analizlərin bütün mərhələlərini müvafiq təlimat və standartlara uyğun olaraq dəqiq və etibarlı şəkildə icra etmək, nəticələrə nəzarət etmək. Laboratoriyaya daxil olan nümunələri qəbul etmək, təlimatlara uyğun olaraq hazırlamaq və sınaqları vaxtında yerinə yetirmək. Beton laboratoriyasına aid cihaz və avadanlıqların təlimatlara uyğun şəkildə yoxlanılmasını, kalibrlənməsini və doğrulanmasını təmin etmək. Texniki Dəstək Proseduruna əsasən analizlər üçün tələb olunan bütün məhlulların düzgün hazırlanmasını təmin etmək. Nümunələrin götürülməsi və ya sınaq prosesində aşkarlanan hər hansı uyğunsuzluq və ya nöqsanlar barədə operativ şəkildə rəhbərliyə məlumat vermək.

Razılaşma yolu ilə

Son Tarix: 11 yanvar 2026