Ana Səhifə
Vakansiyalar

Middle Front-End

Middle Front-End

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 17 yanvar 2026

Təsvir

:

  • React.js və Next.js texnologiyalarından istifadə edərək performanslı və funksional veb tətbiqlərin hazırlanması;

  • UI komponentlərinin hazırlanması və responsive dizaynın təmin olunması;

  • Mürəkkəb formaların hazırlanması və validasiyası;

  • Komponentlərin performans və istifadəçi təcrübəsi baxımından optimallaşdırılması;

  • Kodların təmiz və reusable şəkildə yazılması, code review proseslərində aktiv iştirak;

  • Agile/Scrum metodologiyasına əsasən gündəlik tapşırıqların icrası.

Tələblər

:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;

  • React.js və Next.js üzrə real layihələrdə iş təcrübəsi;

  • Redux Toolkit, Zustand ilə state idarəetməsində praktiki bilik;

  • React Hook Form və form validasiyası üzrə təcrübə;

  • MUI və ya Shadcn/ui kitabxanaları ilə UI komponentlərinin hazırlanması bacarığı;

  • JavaScript və ES6+ üzrə dərin biliklər, TypeScript ilə praktiki təcrübə;

  • Test kitabxanaları (Vitest, Jest, React Testing Library) ilə tanışlıq;

  • Kodun strukturlaşdırılması, komponentlərin bölünməsi və optimallaşdırılması üzrə anlayış;

  • REST API-lərlə işləmə təcrübəsi;

  • Git və versiya nəzarəti sistemlərindən istifadə bacarığı;

  • CI/CD prosesləri haqqında anlayış;

  • Komanda ilə işləmək bacarığı, məsuliyyətli və nəticə yönümlü yanaşma.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3231

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Satışa Dəstək Mühəndisi (Presales Engineer – Server & Storage)

Tam Ştat

Satışa Dəstək Mühəndisi (Presales Engineer – Server & Storage). Vəzifə Öhdəlikləri Müasir server və saxlama infrastrukturunun quruluşunu, komponentlərini və funksional təyinatını başa düşmək və izah etmək; Müştərinin problemlərini təhlil etmək və anlamaq; Təklif olunan həllin biznes nəticələrini başa düşmək və bunu müştəriyə izah etmək; Müştərilər üçün təqdimat hazırlamaq və təqdim etmək; Təklif olunan həlli vizuallaşdırmaq və HLD (High Level Design) çertyojunu hazırlamaq; Kritik sistemləri təhlil etmək və onların təkmilləşdirilməsi üçün təkliflər vermək; Həll sənədləri və təqdimatlar hazırlamaq üzrə təcrübəli olmaq; Bazarın sənaye seqmentləri haqqında məlumat toplamaq və həmin seqmentdə tətbiq olunan xidmət/həllərin təşviqi və satışı üçün strategiya hazırlamaq (birbaşa rəhbərlə birlikdə); Müştərilərlə telefon, e-poçt və şəxsi görüşlər vasitəsilə danışıqlar apararaq şirkətin xidmət/həll ehtiyaclarını müəyyənləşdirmək; Müştərilər üçün şirkətin məhsul və həllərinin təqdimatını həyata keçirmək; Satış menecerləri üçün vendor məhsul və həlləri üzrə təqdimat və təlimlərin keçirilməsində komandaya dəstək vermək; Müştərinin müəyyən edilmiş ehtiyaclarına uyğun texniki spesifikasiya hazırlamaq; Həllin texniki dizayn sənədini və digər texniki sənədləri hazırlamaq; Müştərilər üçün texniki və təqdimat yönümlü vebinarlar keçirmək; Satış hesab menecerlərinə cari iş məsələlərində müştərilərlə əməkdaşlıqda dəstək vermək; Müştərilərlə güclü və uzunmüddətli münasibətlər yaratmaq və onların ehtiyaclarını başa düşərək tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək; Biznes tərəfdaşları və vendorlarla güclü əlaqələr qurmaq və inkişaf etdirmək; Vendor və tərəfdaşlardan optimal kommersiya şərtləri əldə etmək; Lazım gəldikdə qeydiyyatların və davam edən proseslərin idarə olunması; Vendorlarla müqavilə və deal registration proseslərini idarə etmək (zərurət olduqda); Marketinq meneceri ilə birlikdə marketinq fəaliyyətlərinin hazırlanmasında iştirak etmək; Müştəri ehtiyacları və vendor tələbləri əsasında stok sifarişlərinin hazırlanması; spesifikasiyaların hazırlanması zamanı stok satışlarının təşviqi; Stok və bazar analizi aparmaq; Məhsul və həllər üzrə müntəzəm təlimlərdə iştirak etmək və müvafiq satış/presales/texniki sertifikatlar əldə etmək; Şirkəti yüksək səviyyədə təmsil etmək; Şirkətin imicinə və biznes reputasiyasına zərər vura biləcək vəziyyətlərin və hərəkətlərin qarşısını almaq; Görülmüş işlər barədə hesabat hazırlamaq; Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək. Şəxsi Keyfiyyətlər Komanda işi, əməkdaşlıq və güclü iş etikası; Zamanın idarə edilməsi və təşkilati bacarıqlar; Yüksək analitik və problem həll etmə bacarıqları; Tələblərin təhlili və sənədləşmə; Ünsiyyətcil, Danışıq aparmaq bacarığı , çevik və davamlı olmaq; İnandırıcı olmaq bacarığı; Yeni bilikləri yüksək keyfiyyətlə mənimsəyə bilmək; Pozitiv yanaşma, məsuliyyət, diqqətlilik.