Planlama üzrə Mühəndis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 17 yanvar 2026
Təsvir
Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir.
Əsas Öhdəliklər:
1. Layihə Cədvəllərinin Hazırlanması
Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi.
Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması.
Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi.
2. İrəliləyişin Monitorinqi
Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək.
Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq.
Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək.
3. Hesabatlılıq
Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması:
Plan / Fakt müqayisəsi
Critical Path analizi
Gecikmələr və təklif olunan tədbirlər
Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması.
4. Gecikmə və Mitigasiya Analizi
EOT və gecikmə təsiri üzrə ilkin təhlil.
Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi.
Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi.
5. Koordinasiya və Kommunikasiya
Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq.
Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək.
Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.
Tələblər
Təhsil:
İnşaat mühəndisliyi və ya əlaqəli sahə.
Təcrübə:
3–5 il planlama üzrə təcrübə.
Sahə təcrübəsi üstünlükdür.
Texniki bacarıqlar:
Primavera P6 üzrə peşəkar biliklər.
Tikinti metodologiyalarının və ardıcıllığının yaxşı bilinməsi.
MS Excel və hesabatlandırma bacarıqları.
Soft Skills:
Analitik düşüncə və diqqətlilik.
Komanda ilə effektiv koordinasiya.
Təzyiq altında işləmə bacarığı.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pasha Real Estate
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2790
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə