Satınalma üzrə Aparıcı Mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

Struktur bölmə: Kommersiya Departamenti
Tabeçilik: Satınalma Rəhbəri / Kommersiya Direktoru

Vəzifə Öhdəlikləri:

  • Şirkətin tələblərinə uyğun olaraq satınalma prosesinin tam dövriyyəsini həyata keçirmək

  • Bazar araşdırması aparmaq, yeni təchizatçılar tapmaq və qiymət müqayisələrini hazırlamaq

  • Təchizatçılarla qiymət, keyfiyyət, çatdırılma şərtləri və ödəniş müddətləri üzrə danışıqlar aparmaq

  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq proseslərini koordinasiya etmək

  • Təhvil-təslim prosesinə nəzarət etmək, daxil olan malların uyğunluğunu yoxlamaq

  • Müqavilələrin, kommersiya təkliflərinin və texniki sənədlərin işlənməsində iştirak etmək

  • Satınalma fəaliyyətinə dair aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

  • Təchizatçıların fəaliyyətinə dair performans qiymətləndirmələri aparmaq

  • Büdcə ilə işləmək prinsiplərinə uyğun olaraq xərclərin optimallaşdırılmasına dəstək vermək

  • 1C və daxili ERP sistemində bütün satınalma əməliyyatlarının uçotunu aparmaq

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment və ya əlaqəli sahə üzrə)

  • Satınalma və ya kommersiya sahəsində minimum 3 il iş təcrübəsi

  • Bazar araşdırmaları, kommersiya müqayisəsi və tender prosesi ilə bağlı biliklər

  • 1C, Microsoft Office (xüsusilə Excel) üzrə yüksək bacarıq

  • Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı

  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək qabiliyyəti

  • Tikinti və ya istehsalat sahəsində iş təcrübəsi üstünlükdür

Şirkətin Təklifləri:

  • Rəsmi əmək müqaviləsi

  • Stabil və təhlükəsiz iş mühiti

  • Aylıq əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək

  • Karyera inkişafı və təlim imkanları

  • Korporativ Tibbi sığorta paketi

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3093

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Memar Vizualizator

Tam Ştat

Qala Group şirkətinə daimi yeni layihələrlə bağlı müraciət oldunduğu üçün təcrübəli işçi heyətinə, xüsusilə memarlara tələb hər zaman var. Bu səbəb ilə Layihələndirmə və memarlıq departamentinin peşəkar Memar Vizualizator vakansıyası elan edir. Vəzifə öhdəlikləri: Layihələrin 2D və 3D vizualizasiyasının hazırlanması (interyer və eksteryer). Memarlıq və dizayn konsepsiyasına uyğun olaraq yüksək keyfiyyətli renderlərin, 3D modellərin hazırlanması. Memar və dizayner komandası ilə sıx əməkdaşlıq edərək layihə tələblərinin vizual təhlilini aparmaq. Layihə planlarının, çertyojların və texniki tapşırıqların vizual interpretasiyası. Material, tekstura, işıqlandırma və kompozisiya elementlərinin düzgün tətbiqi. Müştəri və rəhbərliyə təqdimat üçün vizual materialların hazırlanması. Layihələrdə edilən dəyişikliklərə uyğun olaraq vizualizasiyaların yenilənməsi. Vizual faylların düzgün strukturda saxlanılması və arxivləşdirilməsi. Render və modelləşdirmə müddətlərinə riayət etmək və verilmiş tapşırıqları vaxtında tamamlamaq. Digər məlumat: Beş günlük iş qrafiki . Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat. Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək. İş qrafiki: 5 günlük İş yeri: Bakı şəhəri Vəzifəyə dair tələblər: Ali təhsil (müvafiq sahədə); Memar vəzifəsində iş təcrübəsi min 3 il; Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.; Tikinti norma və qaydalarına dair biliklər; İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı. Biz təklif edirik: Müasir və inkişaf yönümlü şirkətdə çalışmaq imkanı; Böyük miqyaslı, beynəlxalq tərəfdaşlı layihələrdə iştirak; Yüksək peşəkarlıq tələb edən mühitdə inkişaf perspektivləri; Maaş + performansa əsaslanan bonus sistemi; İllik Könüllü Tibbi sığorta paketi Rahat iş mühiti və peşəkar komanda. Muraciət edənlər CV və Portfolio birlikdə göstərilən elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Bakı