Digər satış işləri

Aparıcı şirkətlərdən 17 iş imkanı kəşf edin

Azertexnolayn

Təchizat üzrə mütəxəssis

Azertexnolayn

Tam Ştat
Orta Səviyyə

Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Təchizat üzrə mütəxəssis” Əmək funksiyası: Texniki Avadanlıqlar Zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili ,müqavilələrin bağlanması işlərində iştirak edir; Daxili və xarici bazarı araşdırır, danışıqlar aparır, lazımi informasıyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır; Alınacaq malların sifarişini hazırlayır və Təchizat şöbə rəisinə təqdim edir; Ödəmə planlarının hazırlanması və izlənilməsi; Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə-fakturanın göndərilməsini tələb edir; Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır; Malların yüklənməsi, yola düşməsi tarixlərini va digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir; Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir; Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir; Mal göndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda mal göndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir; Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çesid, keyfiyyət) aşkar olunarsa satınalma şöbəsinin müdirinə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir; Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etməlidir və əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı va bütün işlərə nəzarət etməlidir; Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir; Şirkətin etibarının görünməsini, kommersiya sirrinin saxlanmasını təmin etməlidir; Şirkətin strukturu va idarə etmə prinsiplərini öyrənməli, subardinasiya etika qaydalarına riayət etməlidir; Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirməlidir; Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat  verir; Aylıq hesabatın hazırlanaraq şöbə rəisinə təqdim edilməsi; İllik tədarükçülərlə üzləşmə aktlarının hazırlanması; Bilməlidir: Təchizat ilə bağlı milli və beynəlxalq qanunvericiliyi; Mülki məcəllənin əsaslarını; Təchizat ilə bağlı hüquqi-normativ sənədləri; Fəaliyyəti ilə əlaqadar dövlətlərarası və beynəlxalq müqavilələri; Fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ sənədləri; Müvafiq qayda va təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydası; Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını; Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir. İş qrafiki: Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir. İstirahət günü: Şənbə və Bazar günü

Razılaşma yolu ilə

Son Tarix: 9 yanvar 2026

Caspian Equipment Company

Xarici satınalma üzrə kiçik mütəxəssis

Caspian Equipment Company

Tam Ştat
Orta Səviyyə

Şirkət**: Grand motors company** Namizədə olan tələblər: Ali təhsil; Satınalma və tender sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli; Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür; “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı; Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı; Ofis proqramlarını yaxşı səviyyədə bilməli; Bazar araşdırması etməyi bacarmalı. Vəzifə öhdəlikləri: Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi; Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması); Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması; Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi; Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi; Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi; Tender işlərinin aparılması; Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz); Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.); Karyera inkişafı imkanları və mehriban kollektiv. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici satınalma üzrə mütəxəssis” yazaraq hr-cv@grandmotors.az ünvanına göndərmək və ya  https://careers.ram.az/?vacancy=1890&source=UC_HBS8ZI  link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Razılaşma yolu ilə

Son Tarix: 11 yanvar 2026

PASHA Property Management

Təchizat üzrə mütəxəssis

PASHA Property Management

Tam Ştat
Orta Səviyyə

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Tenderlərin verilməsi, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.

Razılaşma yolu ilə

Son Tarix: 11 yanvar 2026

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Təchizat üzrə mütəxəssis

Aqrar İnnovasiya və Təchizat Şirkəti

Tam Ştat
Orta Səviyyə

Namizədə olan tələblər: Təhsil: Ali; Müvafiq sahə (təchizat zənciri və ya logistika) üzrə minimum 3 il iş təcrübəsi olmalı; Kompüter bilikləri: Excel bilikləri (əla səviyyədə), 1C proqramı üzrə baza biliklər; Azərbaycan dili səlis, Rus dili biliyi üstünlükdür; Analitik düşüncə bacarığına sahib olmalı. Vəzifə öhdəlikləri: Satış təmsilçiləri və regional anbardarlardan gələn sifarişlərin qəbul edilməsi, sifarişlərin araşdırılması; Şirkət məhsullarının təchizatı və daşınması ilə bağlı lazım olan bütün əməliyyatların icra edilməsi; Satış nöqtələrinin və regional anbarların stoklarının mütəmadi olaraq izlənilməsi; Sifarişçilərin anbar kəsrinin olub-olmamasının yoxlanılması və buna uyğun müvafiq tədbirlərin görülməsi; Təhvil-təslim aktlarının reyestrinin aparılması və arxivləşdirilməsinin həyata keçirilməsinə nəzarət edilməsi; Malların daşınma və paylanma planlarının hazırlanması və onu daşımanı həyata keçirəcək şirkətə təqdim olunması; Yararsız vəziyyətə düşmüş məhsulların "defect" anbarına göndərilməsi və "defect" anbarının idarə edilməsi; Aylıq hər bir daşınma xərclərinin təhvil alınması, yoxlanılması, işlənilməsi ilə bağlı hesabatların baş direktora təqdim olunması, təsdiq olunduqdan sonra maliyə şöbəsinə göndərilməsi; İş fəaliyyəti ilə bağlı birbaşa direktora hesabatların verilməsi. İş şərtlərimiz: Əmək haqqı: 1200-1500 AZN; İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30. Ünvan: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.  Göstərilən tələblərə cavab verən namizədlər aşağıdaki link vasitəsilə https://careers.ram.az/?vacancy=2168&source=UC_HBS8ZI Və ya**hr@aisco.az**email ünvanına “Təchizat üzrə Mütəxəssis” yazaraq CV-lərini göndərə bilər.

1.200 AZN-dən

Son Tarix: 8 yanvar 2026