Satınalma üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 15 yanvar 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma ehtiyaclarının müəyyən edilməsi və bazar araşdırmalarının aparılması
Təchizatçılarla əlaqələrin qurulması və qiymət təkliflərinin toplanması
Qiymət, keyfiyyət və çatdırılma şərtlərinə əsasən təchizatçıların müqayisəli təhlili
Satınalma sifarişlərinin hazırlanması və təsdiq prosesinin idarə edilməsi
Müqavilə və kommersiya şərtlərinin razılaşdırılması
Satınalmalarla bağlı daxili prosedurlara riayət olunması
Malların vaxtında çatdırılmasına nəzarət və gecikmələr barədə hesabatlılıq
Satınalma sənədləşməsinin düzgün aparılması (sifariş, müqavilə, təhvil-təslim aktları və s.)
İllik və aylıq satınalma hesabatlarının hazırlanması
Təchizat risklərinin qiymətləndirilməsi və optimallaşdırma imkanlarının analiz edilməsi
Tələblər
Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi və s. uyğun sahələr üstünlükdür)
Minimum 2-3 il satınalma sahəsində iş təcrübəsi (Neft-qaz sahəsində)
Satınalma prosedurları və sənədləşmə qaydaları haqqında bilik
MS Office proqramlarında yaxşı bilik
Güclü analitik düşüncə və danışıqlar aparma bacarığı
Məsuliyyətli, detallara diqqətli və operativ olmaq
Komanda ilə işləmək bacarığı
İngilis və rus dilləri mütləq
Uyğun namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına, məktubun mövzu hissəsində vəzifə adını qeyd etməklə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Gemza Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3009
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə