Vakansiyanın müddəti başa çatıb
Bu iş elanının son müraciət tarixi keçib. Aktiv vakansiyalar üçün vakansiyalar səhifəsini yoxlayın.
SƏTƏM üzrə şöbə müdiri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 yanvar 2026
Son Tarix: 8 yanvar 2026
Təsvir
"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
SƏTƏM siyasətinin və təhlükəsizlik idarəetmə sisteminin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi.
ISO 45001 və ISO 14001 tələblərinə uyğunluğun təmin edilməsində iştirak və sertifikasiyaya hazırlıq.
Şöbələrdə və podratçılarda SƏTƏM tələblərinə əməl olunmasının yoxlanılması və uyğunluq hesabatlarının hazırlanması.
İşçi heyəti üçün SƏTƏM təlimlərinin, maarifləndirmə proqramlarının və sertifikatlaşdırmanın təşkil edilməsi.
Risklərin qiymətləndirilməsi, Risk Register-in idarə olunması və riskləri azaltmaq üçün tədbirlərin planlaşdırılması və icrası.
Yeni avadanlıq və layihələr üçün ilkin SƏTƏM qiymətləndirmələrinin aparılması.
Qəza, hadisə və peşə xəstəlikləri üzrə araşdırmaların keçirilməsi, səbəblərin müəyyənləşdirilməsi və təkrarlanmanın qarşısını alma tədbirlərinin tətbiqi.
Həftəlik, aylıq və illik SƏTƏM hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
Daxili auditlərin təşkil olunması, nəticələr əsasında tədbirlər planlarının hazırlanması və izlənməsi.
SƏTƏM və əməliyyatlar üzrə iclasların keçirilməsi və protokolların hazırlanması; müəssisəni dövlət qurumları və auditorlar qarşısında təmsil etmək.
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitlə bağlı təkliflərin hazırlanması və tətbiqinin dəstəklənməsi.
SƏTƏM komandası ilə əməkdaşlıq edərək gündəlik fəaliyyətin və hesabatların idarə olunması.
Səndən gözlədiklərimiz:
Bakalavr təhsili (SƏTƏM, mühəndislik və ya idarəetmə sahələri üstünlükdür)
SƏTƏM üzrə minimum 10+ il təcrübə
NEBOSH, IOSH və ya OSHA sertifikatı
Azərbaycan dili – sərbəst; İngilis dili biliyi – üstünlükdür
SƏTƏM sənədlərinin hazırlanması bacarığı
Yüksək analitik düşünmə
Güclü kommunikasiya, komanda idarəetməsi və koordinasiya bacarığı
Qaydalar və prosedurlara ciddi riayət
Yüksək məsuliyyət, diqqətlilik və operativ problem həlli bacarığı
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Aztelekom
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3882
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə