Təchizat üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 dekabr 2025
Son Tarix: 9 yanvar 2026
Təsvir
Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Təchizat üzrə mütəxəssis”
Əmək funksiyası:
Texniki Avadanlıqlar Zavoduna lazım olan kommersiya məqsədli malların alınması, yerli və xarici müəssisələrlə kommersiya əlaqələrinin təşkili ,müqavilələrin bağlanması işlərində iştirak edir;
Daxili və xarici bazarı araşdırır, danışıqlar aparır, lazımi informasıyanı toplayır daha uyğun şirkətlər barəsində rəhbərliyi məlumatlandırır;
Alınacaq malların sifarişini hazırlayır və Təchizat şöbə rəisinə təqdim edir;
Ödəmə planlarının hazırlanması və izlənilməsi;
Sifariş verilən malın spesifikasiyasına uyğun olaraq qaimə-fakturanın göndərilməsini tələb edir;
Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır;
Malların yüklənməsi, yola düşməsi tarixlərini va digər lazımi məlumatları logistika şöbəsinə təqdim edir;
Müvafiq müəssisələrdən yükləmə ilə bağlı lazımi sənədləri alır və uyğun struktur bölmələrə təqdim edir;
Yükləmədən sonra malların lazımi keyfiyyət standartlarına cavab verən sertifikatlarının alınması üçün sənədlərin təqdim olunmasını və müddətlərinin izlənilməsini təşkil edir;
Mal göndərənlər tərəfindən müqavilə öhdəliklərinə əməl olunması, müqavilə öhdəlikləri pozulduqda mal göndərənlərə qarşı iddiaların qaldırılması və onların vaxtında rəsmiləşdirilməsi işlərində iştirak edir;
Mallarda hər hansı bir çatışmazlıq (miqdar, çesid, keyfiyyət) aşkar olunarsa satınalma şöbəsinin müdirinə məlumat verməli və bağlanmış müqaviləyə əsasən qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun tədbirlər görməlidir;
Müqavilələrin müəyyən olunmuş qaydada imzalanmasını təşkil etməlidir və əməkdaşlıq olunan müəssisələrlə əlaqə saxlamalı va bütün işlərə nəzarət etməlidir;
Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsini təşkil etməlidir;
Şirkətin etibarının görünməsini, kommersiya sirrinin saxlanmasını təmin etməlidir;
Şirkətin strukturu va idarə etmə prinsiplərini öyrənməli, subardinasiya etika qaydalarına riayət etməlidir;
Vəzifəsinin icrası ilə əlaqədar rəhbəri tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirməlidir;
Əmək fəaliyyətinə dair müəyyən edilmiş qaydada hər gün rəhbərinə hesabat verir;
Aylıq hesabatın hazırlanaraq şöbə rəisinə təqdim edilməsi;
İllik tədarükçülərlə üzləşmə aktlarının hazırlanması;
Bilməlidir:
Təchizat ilə bağlı milli və beynəlxalq qanunvericiliyi;
Mülki məcəllənin əsaslarını;
Təchizat ilə bağlı hüquqi-normativ sənədləri;
Fəaliyyəti ilə əlaqadar dövlətlərarası və beynəlxalq müqavilələri;
Fəaliyyəti ilə əlaqədar qərarlar, əmrlər, sərəncamlar, göstərişlər və digər normativ sənədləri;
Müvafiq qayda va təlimatları, sənədlərin kargüzarlıq proseduralarına uyğun hazırlanma qaydası;
Sifariş etdiyi malların növləri, standartları, texniki şərtləri, başlıca xassələri, keyfiyyət xüsusiyyətləri və onların təyinat metodikasını;
Texniki vasitələrin istismarı və müvafiq sənədlərlə işləmə qaydalarını bilməlidir.
İş qrafiki:
Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
İstirahət günü: Şənbə və Bazar günü
Tələblər
Ali təhsil
İngilis dili və Rus dili biliyi yüksək səviyyədə
MS Office proqramları, Logo
Anoloji sahə üzrə ən azı 2-3 il iş təcrübəsi
İxtisas: İqtisadiyyat
Namizədlərin dəyərləndirilmə prosesi:
Birinci mərhələ- Məntiq və İngilis dilindən test imtahanı
İkinci mərhələ- İnsan resursları və Təchizat şöbə rəsi ilə müsahibə
Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Tələblərə uyğun gələn namizədlər CV-lərini “Təchizat üzrə mütəxəssis” başlığı altında qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azertexnolayn
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2952
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə