Tikinti sahəsinin rəisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 15 yanvar 2026

Təsvir

Əsas vəzifə öhdəlikləri

  • Sahə üzrə tikinti proseslərinin idarə edilməsi

  • Tikinti sahəsində gündəlik işlərin təşkili və icrasına nəzarət etmək.

  • Layihə sənədləri, texniki çertyojlar və təsdiq edilmiş iş qrafikinə uyğunluğun təmin edilməsi.

  • Sahədə aparılan tikinti, montaj və təmir işlərinin keyfiyyətinə nəzarət etmək.

  • Mağaza açılışı və obyektlərin təhvil verilməsi

  • Yeni mağazaların açılışa hazırlanması prosesinin sahə üzrə idarə olunması.

  • Açılış öncəsi yoxlamaların (check-list) icrasına və aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət.

  • Obyektlərin istismara və aidiyyəti struktur bölmələrə təhvil verilməsində iştirak etmək.

  • Material və resurslara nəzarət

  • Tikinti materiallarının sahəyə vaxtında və düzgün çatdırılmasına nəzarət.

  • Materialların təyinatı üzrə və səmərəli istifadəsinin təmin edilməsi. İtkilərin və əlavə xərclərin qarşısının alınması.

  • Hesabatlılıq və koordinasiya

  • Layihənin sahə üzrə icra vəziyyəti barədə Layihə Şöbəsi rəhbərliyinə mütəmadi hesabatlar təqdim etmək.

  • Layihə menecerləri, mühəndislər və digər aidiyyəti şöbələrlə koordinasiyalı işləmək.

  • Sahədə baş verən dəyişikliklər və risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.

Tələblər

  • Təhsil və iş təcrübəsi

  • Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahələr).

  • Tikinti sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən sahə rəisi və ya sahə nəzarətçisi vəzifəsində təcrübə.

  • Mağaza açılışı, retail və ya kommersiya obyektləri üzrə inşaat təcrübəsi üstünlükdür.

  • Peşəkar bilik və bacarıqlar

  • Tikinti norma və qaydaları, texniki şərtlər və layihə sənədləri üzrə biliklər.

  • Texniki çertyojları oxuma və sahədə tətbiq etmə bacarığı.

  • MS Office proqramları ilə işləmək bacarığı (AutoCAD biliyi üstünlükdür).

Şəxsi keyfiyyətlər

  • Güclü təşkilatçılıq və nəzarət bacarığı.

  • Operativlik, məsuliyyətlilik və nəticəyönümlülük.

  • Detallara diqqət və yüksək icra intizamı.

  • Stressə davamlılıq və sahə şəraitində işləmə bacarığı.

  • Effektiv kommunikasiya və komanda ilə işləmək bacarığı.

Uyğun namizədlər cv-I “Tikinti sahəsinin rəisi” başlığı altında göstərilən email-ə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Araz Supermarket MMC

Araz Supermarket MMC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2905

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Tikintiyə Nəzarət üzrə Layihə Rəhbəri

Tam Ştat

Vəzifə haqqında qısa məlumat Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşması proseslərinin şirkət standartlarına, normativ tələblərə və təhvil-təslim müddətlərinə uyğun şəkildə həyata keçirilməsinə rəhbərlik edir. Layihə üzrə riskləri idarə edir, resursların optimal istifadəsini təmin edir və podratçıların fəaliyyətinə nəzarət edir. Əsas vəzifə öhdəlikləri Tikinti layihələrinin planlaşdırılması, iş qrafikinin hazırlanması və icra prosesinin daim nəzarətdə saxlanılması; Tikinti sahəsində aparılan işlərin texniki tələblərə, layihə sənədlərinə və təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsi; Podratçı və subpodratçılarla işin əlaqələndirilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunmasına nəzarət; Layihəyə dair büdcənin idarə edilməsi, xərclərin təhlili və optimallaşdırılması; Risklərin qiymətləndirilməsi, yaranan problemlərin operativ həll edilməsi və qərarların qəbulunda liderlik etmək; Tikinti işləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; Layihə ilə bağlı bütün tərəflərlə (daxili şöbələr, dövlət qurumları, nəzarət orqanları) effektiv kommunikasiya qurmaq; Layihə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsi və vaxtında təmin olunmasına nəzarət; Tikinti obyektində SƏTƏM qaydalarına riayət olunmasının təmin edilməsi.