Tikintiyə Nəzarət üzrə Layihə Rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 8 yanvar 2026
Təsvir
Vəzifə haqqında qısa məlumat
Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşması proseslərinin şirkət standartlarına, normativ tələblərə və təhvil-təslim müddətlərinə uyğun şəkildə həyata keçirilməsinə rəhbərlik edir. Layihə üzrə riskləri idarə edir, resursların optimal istifadəsini təmin edir və podratçıların fəaliyyətinə nəzarət edir.
Əsas vəzifə öhdəlikləri
Tikinti layihələrinin planlaşdırılması, iş qrafikinin hazırlanması və icra prosesinin daim nəzarətdə saxlanılması;
Tikinti sahəsində aparılan işlərin texniki tələblərə, layihə sənədlərinə və təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsi;
Podratçı və subpodratçılarla işin əlaqələndirilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunmasına nəzarət;
Layihəyə dair büdcənin idarə edilməsi, xərclərin təhlili və optimallaşdırılması;
Risklərin qiymətləndirilməsi, yaranan problemlərin operativ həll edilməsi və qərarların qəbulunda liderlik etmək;
Tikinti işləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
Layihə ilə bağlı bütün tərəflərlə (daxili şöbələr, dövlət qurumları, nəzarət orqanları) effektiv kommunikasiya qurmaq;
Layihə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsi və vaxtında təmin olunmasına nəzarət;
Tikinti obyektində SƏTƏM qaydalarına riayət olunmasının təmin edilməsi.
Tələblər
Ali təhsil (Mühəndislik, İnşaat, Memarlıq və ya əlaqəli sahələr üzrə);
Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi;
Tikinti prosesləri, normativ sənədlər və texniki qaydalar üzrə geniş bilik;
Layihə idarəetmə metodologiyaları haqqında anlayış (PMP sertifikatı üstünlükdür);
AutoCAD, MS Project, Excel və digər layihə idarəetmə proqramlarında yüksək səviyyəli bilik;
Güclü analitik düşüncə, risklərin qiymətləndirilməsi və operativ qərarvermə bacarığı;
Liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
Vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üzrə yüksək səviyyəli bacarıq;
Ezamiyyətlərə çıxmaq imkanının olması.
Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Araz Supermarket MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#178
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə