Xarici satınalma üzrə kiçik mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 14 dekabr 2025

Son Tarix: 11 yanvar 2026

Təsvir

Şirkət**: Grand motors company**

Namizədə olan tələblər:

  • Ali təhsil;

  • Satınalma və tender sahəsində minimum 3 il iş təcrübəsi;

  • Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;

  • Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;

  • “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı;

  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;

  • Ofis proqramlarını yaxşı səviyyədə bilməli;

  • Bazar araşdırması etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;

  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);

  • Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;

  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;

  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;

  • Tender işlərinin aparılması;

  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);

  • İş saatları: 08:30-17:30;

  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);

  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);

  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici satınalma üzrə mütəxəssis” yazaraq hr-cv@grandmotors.az ünvanına göndərmək

və ya  https://careers.ram.az/?vacancy=1890&source=UC_HBS8ZI  link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Caspian Equipment Company

Caspian Equipment Company

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2602

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Supervisor (Güzdək)

Tam Ştat

Namizəddən tələblər: Satış sahəsində 3-5 il iş təcrübəsi; İşə qarşı məsuliyyət, operativlik; Komanda idarəetmə bacarığı; Microsoft Office proqramlarında işləmək bacarığı. ​​​​​​​Vəzifə funksiyaları: Satış komandasına rəhbərlik etmək, iş proseslərinə nəzarət; Həftəlik\aylıq satış hədəflərinin icrasına nəzarət; Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək; Gündəlik olaraq əməkdaşlara ərazi planının təyin olunması; Satış ilə əlaqədar məlumatların alınması və təhlil edilməsi; Müştərilərin satış nöqtələrinə nəzarət edilməsi; Ərazilərdə olan şirkət maşınlarına nəzarət edilməsi; Təchizatçı şirkətlərin nümayəndələri ilə mütəmadi danışıqların aparılması. ​​​​​​​​​​​​​​İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (6 gün) Karyera inkişafı imkanları İş yeri: Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz). Əmək haqqı: fix + bonus Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Supervisor” yazaraq hr@cec.az ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1891&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.