Yol hərəkətinin təşkili və infrastrukturla iş şöbəsinin aparıcı mütəxəssisi (Naxçıvan regional idarəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 11 yanvar 2026
Təsvir
Əsas öhdəliklər:
Nəqliyyat infrastrukturu və yol hərəkətinin təşkili üzrə layihələrin hazırlanmasına rəhbərlik etmək və prosesə nəzarət etmək.
Dayanacaq məntəqələri, texniki nizamlama vasitələri, yol nişanları və nişanlama xətlərinin xəritə bazasında işlənməsini təmin etmək.
CİS xəritə bazasının yenilənməsi və ərazi syomkalarının hazırlanmasına nəzarət etmək.
Tıxacların səbəblərinin dərindən təhlili və strateji həll təklifləri hazırlamaq.
Yüksək səviyyəli analitik hesabatlar, təqdimatlar və təklif paketləri hazırlamaq.
Yerüstü nəqliyyatın hərəkəti ilə bağlı normativ tələblərə uyğun təkliflər vermək.
Müraciətlərin təhlili, layihələrin icra vəziyyətinə nəzarət və rəhbərliyə mütəmadi məlumat təqdim etmək.
Departamentin iş planı çərçivəsində icranın koordinasiyası və vaxtında tamamlanmasının təmin edilməsi.
Tələblər
Tələblər və bacarıqlar
Ali təhsil (nəqliyyat və ya xəritəçəkmə sahəsində).
Sahə üzrə minimum 3 il iş təcrübəsi.
MS Office, Autocad, Google Earth Pro və xəritə sistemləri üzrə yüksək səviyyədə bilik.
Azərbaycan dili sərbəst, ingilis dili – orta səviyyədə.
Qanunvericilik, texniki standartlar, şəhərsalma normaları və agentliyin nizamnaməsi üzrə dərin bilik.
Strateji düşüncə və kompleks analiz aparmaq bacarığı.
Danışıqlar aparmaq və inandırıcı kommunikasiya qurmaq bacarığı.
Komandaya rəhbərlik etmək, motivasiya etmək və koordinasiya bacarığı.
Stressə davamlılıq və çətin situasiyalarda konstruktiv yanaşma.
Eyni anda bir neçə iş üzrə işləmək və prioritetləri düzgün müəyyən etmək.
Auditoriya qarşısında çıxış və peşəkar təqdimat etmək bacarığı.
Dəqiqlik, obyektivlik və detallara yüksək diqqət.
İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#356
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə