Yol hərəkətinin təşkili və infrastrukturla iş şöbəsinin mütəxəssisi (Naxçıvan regional idarəsi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 dekabr 2025
Son Tarix: 11 yanvar 2026
Təsvir
Əsas öhdəliklər:
Yol infrastrukturu və ictimai nəqliyyat üzrə layihələrin hazırlanmasında iştirak etmək.
Nəqliyyat infrastrukturu ilə bağlı təkliflər və eskiz layihələr hazırlamaq.
Xüsusi hərəkət zolaqları, dayanacaq məntəqələri və digər nəqliyyat elementlərinin layihələndirilməsini həyata keçirmək.
Tıxacların yaranma səbəblərini araşdırmaq, təhlil aparmaq və həll təklifləri işləmək.
Yol nişanları və texniki vasitələrin monitorinqini aparmaq.
Analitik arayışlar, təqdimatlar və hesabatlar hazırlamaq.
Sahə araşdırmaları aparmaq və daxil olan müraciətlər üzrə texniki əsaslandırılmış cavablar hazırlamaq.
Rəhbərin tapşırıqlarının və şöbənin iş planının vaxtında icrasını təmin etmək.
Tələblər
Tələblər və bacarıqlar
Ali təhsil (nəqliyyat sahəsində).
MS Office, Autocad, Google Earth Pro üzrə yaxşı səviyyədə biliklər.
Sahə üzrə min. 1-2 il iş təcrübəsi.
İngilis və ya rus dili – orta səviyyə.
“Nəqliyyat haqqında”, “Yol hərəkəti haqqında”, “Vətəndaşların müraciətləri haqqında” qanunlar və texniki standartlar (GOST və s.) üzrə biliklər.
Analitik düşüncə, problem həlli və tədqiqat aparmaq bacarığı.
Yüksək şifahi və yazılı ünsiyyət qabiliyyəti.
Komanda ilə işləmək və effektiv əməkdaşlıq qurmaq.
Detallara diqqət, dəqiqlik və təşəbbüskarlıq.
Stressə davamlılıq və dəyişikliklərə uyğunlaşma.
Tapşırıqları prioritetləşdirmək və vaxtında icra etmək bacarığı.
Təqdimat hazırlamaq və auditoriya qarşısında çıxış etmək bacarığı.
İş yeri və müsahibənin təşkil ediləcəyi yer: Naxçıvan şəhəri.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#358
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə