AZERA Holding MMC İşə qəbul üzrə menecer vakansiyasını elan edir.
İş haqqında məlumat:
Holdinq daxilindəki bütün səviyyələr, o cümlədən mürəkkəb səviyyəli vəzifələr üzrə işə qəbul prosesini A-dan Z-yə idarə etmək.
Effektiv istedad cəlbetmə strategiyaları hazırlamaq və tətbiq etmək (pasiv namizəd axtarışı, sosial media, peşəkar şəbəkələr, məzun proqramları və s.).
İşə qəbul üçün büdcə və hesabatlılıq sistemini idarə etmək, əsas performans göstəricilərini (KPI'ları) müəyyənləşdirmək və izləmək.
Müxtəlif karyera portalları, LinkedIn kimi peşəkar platformalar və digər resurslardan istifadə edərək namizəd bazasını genişləndirmək.
Holdinqin işəgötürən brendinin (Employer Branding) gücləndirilməsi istiqamətində PR və marketinq komandaları ilə sıx əməkdaşlıq etmək.
Menecerlərlə mütəmadi görüşlər keçirərək ehtiyacları dəqiq analiz etmək, vakansiya profillərini effektiv şəkildə hazırlamaq.
İşə qəbul prosesinin səmərəliliyini artırmaq üçün rəqəmsal HR alətlərini (məsələn, ATS - Applicant Tracking System) təklif etmək və tətbiq etmək.
Namizədlərə müsbət təcrübə təmin etmək məqsədilə kommunikasiya standartlarını yüksək səviyyədə saxlamaq.