HR menecer
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 24 dekabr 2025
Son Tarix: 22 yanvar 2026
Təsvir
“AZERA HOLDİNG” MMC tərkibindəki klinikada HR menecer vakansiyasını elan edir!
İş haqqında məlumat:
HR strategiyasının tibbi müəssisənin biznes planlarına uyğunlaşdırılması.
Daxili intizam qaydalarının, vəzifə təlimatlarının yazılması və yenilənməsi.
Tibbi heyətin (həkim, orta və kiçik tibbi heyət) əməyinin ödənilməsi və bonus sistemlərinin (məsələn: qəbul sayına və ya prosedurlara əsaslanan sistem) qurulması.
Spesifik sahə həkimlərinin (məsələn: radioloq, cərrah və s.) və dar ixtisaslı mütəxəssislərin tapılması üçün aktiv "headhunting" fəaliyyəti.
Yeni işə alınan tibbi heyətin klinikanın daxili prosedurlarına, sterilizasiya və xəstə məmnuniyyəti standartlarına uyğun adaptasiya proqramının icrası.
Azərbaycan Respublikası Əmək Məcəlləsi və "Əmək və Məşğulluq" (EMAS) altsistemi ilə tam işləmək.
Tibb işçilərinin Sertifikasiya sənədlərinin, xarici diplomların nostrifikasiyasının və iş icazələrinin vaxtında yoxlanılması.
Məzuniyyət qrafiklərinin və növbəli iş cədvəllərinin (həkimlərin növbətçilik sistemi) idarə olunması.
Tibbi heyət üçün "Xəstə ilə ünsiyyət", "Stressin idarə olunması" və "Tibbi Etika" mövzularında daxili təlimlərin təşkili.
Həkimlərin illik təkmilləşdirmə kursları və elmi konfranslarda iştirakının baş həkimlə birlikdə planlaşdırılması.
Tələblər
Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya Psixologiya sahəsində ali təhsil (MBA və ya HR sertifikatları - SHRM, CIPD üstünlükdür).
Azərbaycan və rus dilləri yüksək səviyyə, ingilis dili arzu olunandır
HR sahəsində minimum 3-5 il, o cümlədən tibb və ya xidmət sektorunda minimum 2 il rəhbər təcrübəsi.
AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək.
Səhiyyə qanunvericiliyi (icbari tibbi sığorta, xəstəxanadaxili qaydalar) haqqında məlumatlılıq.
Fonet və MS Office proqramlarından sərbəst işləmək bacarığı
Yüksək emosional intellekt, böhran anında qərar vermə, konfliktlərin neytrallaşdırılması.
İş şərtləri:
ƏM-nə uyğun rəsmiləşdirilmə
6 günlük iş qrafiki
Əmək haqqı razılaşdırılma yolu ilə
Müraciət üçün: CV-nizi “HR menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla göstərilən elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azera Holding
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3472
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə