Satış üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 15 dekabr 2025

Son Tarix: 15 yanvar 2026

Təsvir

“AZERA Holding” MMC tərkibindəki Katan Toxuma MMC-də Satış üzrə mütəxəssis vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Topdansatış və pərakəndə partnyorların araşdırılması və əlaqələrin qurulması

  • Müştəri bazasının inkişaf etdirilməsi və satış şəbəkəsinin genişləndirilməsi

  • Tekstil məhsullarının (parça, hazır geyim, trikotaj və s.) satışının təşkili

  • Mövcud məhsullar haqqında dərin bilik və düzgün təqdimat bacarığı

  • Müştərilərə məhsul nümunələrinin təqdim edilməsi, sifarişlərin qəbul olunması

  • Sifarişlərin istehsalata ötürülməsi və təhvil-təslim prosesinin izlənməsi

  • Müştəri öhdəliklərinin və ödənişlərinin vaxtında yerinə yetirilməsinə nəzarət

  • Kommersiya təkliflərinin, hesab-faktura və müqavilələrin tərtibi

  • Müştəri ilə yazışma və danışıqların aparılması

  • Rəqiblərin qiymət və məhsul siyasətinin izlənməsi

  • Satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər hazırlanması

  • Aylıq və rüblük satış hədəflərinə çatmaq

  • Satış göstəricilərinin rəhbərliyə hesabat şəklində təqdim olunması

Tələblər

  • Təhsil: Ali təhsil ( İqtisadiyyat, Biznesin təşkili, Marketinq və s. sahələr üzrə)

  • Dil bilikləri: Azərbaycan dilində səlis, rus dili arzuolunandır, ingilis dili üstünlükdür

  • İş təcrübəsi: Tekstil və ya istehsalat sahəsində satış üzrə minimum 1–2 illik təcrübə

  • Şəxsi keyfiyyətlər: Yüksək danışıq və təqdimat qabiliyyəti, satışa yönümlü yanaşma, səyyar iş rejimində işləmək və ezamiyyətlərə getmək imkanının olması

  • MC ofis proqramları, 1C,Outlook

  • Satış taktikaları üzrə əlavə sertifikatlar arzuolunandır

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə

  • Əmək haqqı: 700 AZN + pilləli bonus sistemi

  • İş yeri: Bakı şəhəri, Buzovna, Zagulba

CV-nizi “Satış mütəxəssisi” mövzusu, şirkətin adı qeyd olunmaqla  qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#2919

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya