İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri)
Ezam zamanı nahar və qonaqlama şirkət tərəfindən təmin edilir.
İşin Təsviri:
Şirkətimiz sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə komandamıza SƏTƏMM mütəxəssisi axtarır.
İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit üzrə qanunvericiliyin icrasına nəzarət etmək
Ofisdə və layihələr çərçivəsində avtomobil yolları ərazisində SƏTƏMM üzrə giriş, ilkin və dövri təlimləri təşkil etmək
İş şəraitinin, avadanlıqların və mühafizə vasitələrinin təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq
İstehsalat qəzaları və peşə xəstəliklərini araşdırmaq, müvafiq hesabatları hazırlamaq
SƏTƏMM siyasət, prosedur və daxili sənədlərin hazırlanması və təkmilləşdirilməsini təmin etmək
Peşə risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər planlaşdırmaq
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək