Layihə Mühəndisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 dekabr 2025
Son Tarix: 20 yanvar 2026
Təsvir
İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri)
Nahar və qonaqlama şirkət tərəfindən təmin edilir.
İşin Təsviri:
Layihə Mühəndisi şirkət daxilində həyata keçirilən layihələrin bütün mərhələlərində iştirak edərək onların vaxtında, təhlükəsiz və texniki tələblərə uyğun şəkildə icrasını təmin edəcək. Vəzifə sahədə avadanlıqların quraşdırılması, test edilməsi, monitorinqi və layihə sənədləşdirilməsinin təşkili kimi prosesləri əhatə edir.
Əsas Vəzifə Öhdəlikləri:
Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək;
Görülən işlərin texniki tələblərə, layihə sənədlərinə və iş proqramına uyğunluğunu nəzarətdə saxlamaq;
Sahə işləri zamanı meydana çıxan problemləri vaxtında müəyyənləşdirmək və rəhbərliyə bildirmək;
Avadanlıqların montaj və quraşdırma proseslərinə sahədə nəzarət etmək;
Əlaqəli struktur bölmə və qurumlar üçün tələb olunan sənədlərin hazırlanması və koordinasiyasını təmin etmək;
Quraşdırılmış avadanlıqların monitorinqində iştirak etmək və onların sistem performansını ölçmək;
Texniki bölmələrlə əməkdaşlıq edərək layihələrin vaxtında və düzgün təhvil verilməsini təmin etmək;
Sahədə tətbiq olunan iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etmək;
Layihə sənədləşdirilməsi və təqdimatların hazırlanmasında iştirak etmək;
Avadanlıqların konfiqurasiya proseslərində iştirak etmək;
Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək
Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək
Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək
Fərqli lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.
Tələblər
Namizədə dair tələblər:
Elektrik, elektronika və digər uyğun mühəndislik sahələri üzrə təhsil,
Tələb olunan sahədə ən az 2 il iş təcrübəsi,
MS Office proqramlarını yaxşı səviyyədə bilmək,
MS Project, Jira və s. idarəetmə alətlərindən istifadə bacarığı,
Orta səviyyədə ingilis dili biliyi,
IP CCTV, NVR və s. sahələrdə təcrübə,
Sürücülük vəsiqəsinin olması,
Səyahət məhdudiyyəti olmaması,
Sahə işlərində iştirak edə bilməsi,
Tələblər olunan bilik və bacarıqlar:
Analitik düşünmə
Ünsiyyət bacarığı
Planlaşdırma və təşkilatçılıq
Problem həll etmə bacarığı
Nəticə yönümlü olmaq
Daxili və xarici tərəfdaşlarla yaxşı ünsiyyət qurmaq.
Komanda ilə işləmə bacarığı
Müraciət Qaydası:
Maraqlanan namizədlər CV-lərini hr@pangea.az ünvanına “Layihə Mühəndisi” mövzusu ilə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Pangea Road Innovations
Vakansiya Təfərrüatları
Vakansiya ID
#2784
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə