Ana Səhifə
Vakansiyalar

SƏTƏMM Mütəxəssisi

SƏTƏMM Mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 28 yanvar 2026

Təsvir

İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri)

Ezam zamanı nahar və qonaqlama şirkət tərəfindən təmin edilir.

İşin Təsviri:

Şirkətimiz sağlam və təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə komandamıza SƏTƏMM mütəxəssisi axtarır.

  • İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit üzrə qanunvericiliyin icrasına nəzarət etmək

  • Ofisdə və layihələr çərçivəsində avtomobil yolları ərazisində SƏTƏMM üzrə giriş, ilkin və dövri təlimləri təşkil etmək

  • İş şəraitinin, avadanlıqların və mühafizə vasitələrinin təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq

  • İstehsalat qəzaları və peşə xəstəliklərini araşdırmaq, müvafiq hesabatları hazırlamaq

  • SƏTƏMM siyasət, prosedur və daxili sənədlərin hazırlanması və təkmilləşdirilməsini təmin etmək

  • Peşə risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər planlaşdırmaq

  • Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil

  • SƏTƏMM sahəsində iş təcrübəsi (yol-tikinti sahəsində təcrübə üstünlükdür)

  • Əmək qanunvericiliyi və təhlükəsizlik normaları üzrə biliklər

  • Davamlı ezamiyyətlərdə işləmək imkanı

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Pangea Road Innovations

Pangea Road Innovations

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3371

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Layihə Mühəndisi

Tam Ştat

İş yeri: Bakı şəhəri, ezam zamanı açıq hava və sahə şəraitində iş (Azərbaycanın müxtəlif bölgələri) Nahar və qonaqlama şirkət tərəfindən təmin edilir. İşin Təsviri: Layihə Mühəndisi şirkət daxilində həyata keçirilən layihələrin bütün mərhələlərində iştirak edərək onların vaxtında, təhlükəsiz və texniki tələblərə uyğun şəkildə icrasını təmin edəcək. Vəzifə sahədə avadanlıqların quraşdırılması, test edilməsi, monitorinqi və layihə sənədləşdirilməsinin təşkili kimi prosesləri əhatə edir. Əsas Vəzifə Öhdəlikləri: Şirkət daxilində həyata keçirilən layihələr üzrə sahə işlərində aktiv iştirak etmək; Görülən işlərin texniki tələblərə, layihə sənədlərinə və iş proqramına uyğunluğunu nəzarətdə saxlamaq; Sahə işləri zamanı meydana çıxan problemləri vaxtında müəyyənləşdirmək və rəhbərliyə bildirmək; Avadanlıqların montaj və quraşdırma proseslərinə sahədə nəzarət etmək; Əlaqəli struktur bölmə və qurumlar üçün tələb olunan sənədlərin hazırlanması və koordinasiyasını təmin etmək; Quraşdırılmış avadanlıqların monitorinqində iştirak etmək və onların sistem performansını ölçmək; Texniki bölmələrlə əməkdaşlıq edərək layihələrin vaxtında və düzgün təhvil verilməsini təmin etmək; Sahədə tətbiq olunan iş proseslərinin prosedurlarının hazırlanmasında iştirak etmək; Layihə sənədləşdirilməsi və təqdimatların hazırlanmasında iştirak etmək; Avadanlıqların konfiqurasiya proseslərində iştirak etmək; Bütün işləri Əməyin Təhlükəsizliyi və Gigiyena qaydalarına uyğun şəkildə yerinə yetirmək Fərdi mühafizə vasitələrindən düzgün və davamlı istifadə etmək Şirkətə məxsus avadanlıqların qorunmasına və texniki xidmətinə nəzarət etmək Fərqli lokasiyalarda tapşırıqları yerinə yetirməyə hazır olmaq.