Ana Səhifə
Vakansiyalar

3D qrafika və renderinq üzrə mütəxəssis

3D qrafika və renderinq üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 yanvar 2026

Son Tarix: 14 fevral 2026

Təsvir

  • 2D çertyojlar, baş planlar və texniki tapşırıqlar əsasında həcmli və dəqiq 3D modellərin hazırlanması;

  • Abadlıq obyektlərinin (parklar, bağlar, bulvarlar, piyada zonaları və digər ictimai məkanlar), yol qovşaqlarının və nəqliyyat infrastrukturunun elementlərinin fotorealist 3D render və vizuallaşdırmalarının yaradılması;

  • Layihələrin mövcud foto-mühitə inteqrasiyasını təmin edən konseptual kollajların hazırlanmasında iştirak ( “əvvəl – sonra” vizuallaşdırmaları);

  • Dizayn layihələrinin vizual işlənməsi, o cümlədən döşəmə örtükləri, yaşıllaşdırma həlləri, kiçik memarlıq formaları (KMF) və işıqlandırma elementlərinin təqdimatı.

Tələblər

  • Ali təhsil (memarlıq, dizayn və ya əlaqəli sahə üzrə);

  • SketchUp proqramında (və ya analoji 3D modelləşdirmə proqramlarında) sərbəst işləmək bacarığı;

  • Corona Render ilə iş təcrübəsi (V-Ray və ya D5 Render bilikləri üstünlükdür);

  • Renderlərin post-prosessinqi və konseptual kollajların hazırlanması üçün Adobe Photoshop proqramında yüksək səviyyədə bilik;

  • Vizual təqdimatların hazırlanması üçün Adobe InDesign proqramında işləmək bacarığı;

  • İngilis dilini yüksək səviyyədə bilmək, rus dilini texniki səviyyədə anlamaq;

  • Reallaşdırılmış layihələrdən ibarət portfelin mövcudluğu.

Üstünlük hesab olunacaq:

  • Şəhərsalma, nəqliyyat infrastrukturu, yol təsərrüfatı və abadlaşdırma sahələrində layihələndirmə prosesləri haqqında anlayış;

  • Şəhər nəqliyyatı və ya memarlıq sahəsində müvafiq iş təcrübəsi;

  • Lumion, AutoCAD və Revit proqramları ilə işləmək bacarığı.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3977

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya