Layihə rəhbəri
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 4 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Layihə idarəetmə standartlarına (PMI - PMBOK) uyğun olaraq müəyyən edilmiş çərçivə (framework) daxilində layihə proseslərinin effektiv icrası, monitorinqi və təkmilləşdirilməsində iştirak etmək , bütün layihələr üzrə vahid tətbiqinə nəzarət edilməsi;
Layihə sənədləri, şablonlar, prosedurlar və metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
Layihə komandalarına metodoloji dəstək göstərmək, mentorluq etmək və təlimlərin keçirilməsi;
Öyrənilmiş dərslər (Lessons Learned) sessiyalarının təşkili və proseslərin təkmilləşdirilməsi;
Layihə performansının, risklərin və uyğunluğun monitorinqi və rəhbərliyə hesabatların təqdim edilməsi;
Rəhbərlik üçün aydın göstəricilər panelinin (dashboard), hesabatların və icraedici təqdimatların hazırlanması;
Rəhbərlik və dövlət qurumları üçün qısa, dəqiq və nəticəyönümlü təqdimatların edilməsi;
Struktur bölmələr və maraqlı tərəflər ilə sıx əməkdaşlıq edərək layihə məqsədlərinin təşkilati strategiya ilə uyğunluğunun təmin edilməsi;
Çoxvendorlu layihələrin idarə olunması, beynəlxalq təchizatçılar, dövlət qurumları və daxili komandalar arasında asılılıqların koordinasiyası;
Risk, dəyişiklik və problem idarəetmə proseslərinin tam nəzarətdə saxlanılması;
Müqavilə şərtləri, satınalma mərhələləri və ödəniş proseslərinin izlənməsi;
Agile, Waterfall və Hybrid metodologiyaların tətbiqi və uyğunlaşdırılması.
Tələblər
Ali təhsil (Biznesin idarəedilməsi, Layihə idarəetməsi, Mühəndislik, İT və ya əlaqəli sahələr üzrə);
PMP sertifikatı – mütləqdir;
Agile sertifikatları (PMI-ACP, SAFe, Scrum Master) üstünlükdür;
Minimum 4–5 il layihə idarəetmə və PMO təcrübəsi;
Dövlət və ya korporativ mühitdə layihələrin idarə olunması üzrə təcrübə;
Böyükhəcmli və çoxvendorlu layihələrdə praktiki təcrübə;
Layihə komandasının idarə olunmasında güclü kommunikasiya bacarığı;
Birdən çox müxtəlif maraqlı tərəflərlə paralel işləmək və effektiv koordinasiya aparmaq bacarığı;
Risklərin, problemlərin (issues) və dəyişikliklərin (change) idarə olunması sahəsində praktiki təcrübə;
Analitik düşünmə, düzgün qərarvermə və məsuliyyətli yanaşma;
Yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı, təqdimat hazırlamaq qabiliyyəti;
Layihə idarəetmə alətləri (MS Project, Jira, Primavera,Asana və s.) üzrə yüksək səviyyədə istifadə;
Teams , Google Sheets, Smartsheet ve oxşar alətlərlə aktiv işləmə bacarığı;
Azərbaycan və İngilis dili – yüksək səviyyədə , Türk və Rus dili üstünlükdür.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#3978
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə