Ana Səhifə
Vakansiyalar

QA/QC üzrə Baş mühəndis (Tikinti)

QA/QC üzrə Baş mühəndis (Tikinti)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 yanvar 2026

Son Tarix: 28 yanvar 2026

Təsvir

Funksiya: Maliyyə

Departament: Audit və Daxili Nəzarət Departamenti

Şöbə/Bölmə: Keyfiyyət Təminatı (QA) və Keyfiyyət Nəzarəti (QC)

Vəzifə: QA/QC üzrə Baş mühəndis

Tabeçilik: Audit və Daxili Nəzarət Departamentinin Direktoruna

Vəzifənin qısa təsviri: Qrup daxilində həyata keçirilən tikinti layihələrində və Qrup tərəfindən idarə olunan Əməliyyat Şirkətlərində həyata keçirilən Keyfiyyət Təminatı (QA) və Keyfiyyət Nəzarəti (QC) fəaliyyətlərinin auditini aparmaq, nəzarət mexanizmlərini həyata keçirmək, həmin fəaliyyətlərin qanunvericiliyə, beynəlxalq standartlara və Qrupun daxili prosedurlarına uyğunluğunu qiymətləndirmək, keyfiyyətlə bağlı riskləri müəyyən etmək və onların azaldılmasına töhfə verməkdir.

Əsas vəzifə öhdəlikləri:

  • Qrupda və Qrupun Əməliyyat Şirkətlərində mövcud olan Keyfiyyət Təminatı (QA) sistemlərinin mövcudluğunu, strukturunu və effektivliyini audit etmək.

  • QA çərçivəsində proseslərin sənədləşdirilməsini, prosedurların yazılı və faktiki tətbiq olunmasını, risklərin müəyyən edilməsi və idarə edilməsini qiymətləndirmək.

  • QA/QC üzrə nəzərə alınmalı prosedur və qaydaların standartlara uyğunluğunu artırmaq üçün tövsiyyələrin verilməsi.

  • Daxili nəzarət və təminat mexanizmlərinin mövcudluğunun qanunvericilik çərçivəsinə uyğunluğunu təhlil etmək və tövsiyyələr vermək.

  • (QC) prosesləri çərçivəsində məhsul və ya xidmətlərin yoxlanılması, nəticələrin düzgünlüyü və obyektivliyini qiymətləndirmək.

  • Uyğunsuzluqların vaxtında aşkarlanması, kök səbəblərin müəyyən edilməsi və düzəldici tədbirlərin effektivliyini yoxlamaq.

  • QA və QC üzrə hüquqi, tənzimləyici və Qrup daxili tələblərə uyğunluq səviyyəsini qiymətləndirmək.

  • Audit nəticələrinə əsasən tövsiyələr hazırlamaq, düzəldici və qabaqlayıcı tədbirlərin icrasını izləmək.

  • Qrupda və Əməliyyat Şirkətlərində keyfiyyət üzrə daimi monitorinq və daxili nəzarət mexanizmlərinin formalaşdırılmasında iştirak etmək.

  • QA/QC auditləri üzrə hesabatlar, analitik rəylər və rəhbərlik üçün təqdimatlar hazırlamaq.

  • Qrup səviyyəsində keyfiyyət risklərinin azaldılmasına yönəlmiş təşəbbüslərdə iştirak etmək.

  • Record and manage NCRs, CAPAs, and site quality logs.

  • Daxili qaydalarına, proseslərinə, siyəsətlərinə, təlimatlarına ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq. Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.

  • Şirkətin əməliyyat risklərin idarəedilməsinə dair siyasətinə əməl etmək. İş prosessində yaranan risk faktorların vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.

  • Şirkət tərıfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən illik hədəflərinə çatmaq

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Tələblər

Tələb olunan təhsil və təcrübə

  • Ali təhsil (Keyfiyyətin idarə edilməsi, Tikinti Mühəndisliyi, və ya əlaqəli sahələr üzrə).

  • Tikintidə Keyfiyyət Təminatı, Keyfiyyət Nəzarəti, daxili audit və ya uyğun sahədə minimum 5 il iş təcrübəsi.

Peşəkar bilik və bacarıqlar

  • ISO standarları (9001,10005,10006, 41001,55001) üzrə bilik və təcrübə.

  • Tikinti layihələrinin və daşınmaz aktiv idarəedilmısi üzrə mötəbər standrtlar üzrə dərin biliklər.

  • Proses auditinin aparılması, risklərin müəyyən edilməsi və qiymətləndirilməsi bacarığı.

  • Audit planlaşdırılması, icrası və hesabatlaşdırılması üzrə güclü bacarıqlar.

  • Analitik düşünmə və sistemli yanaşma.

  • Güclü yazılı və şifahi ünsiyyət bacarıqları.

Şəxsi keyfiyyətlər (Soft skills)

  • Müstəqil və obyektiv qərarvermə bacarığı.

  • Yüksək məsuliyyət və etik davranış.

  • Detallara diqqət və nəticəyönümlülük.

  • Müxtəlif maraqlı tərəflərlə effektiv əməkdaşlıq bacarığı.

  • Prioritetləri düzgün müəyyənləşdirmə və vaxtın idarə olunması bacarığı.

Dil bilikləri

  • Azərbaycan dili – əla.

  • İngilis dili – yaxşı / çox yaxşı (audit və hesabatlar üçün yazılı dil).

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Pasha Real Estate

Pasha Real Estate

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3992

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Mechanical Engineer

Tam Ştat

Review and interpret mechanical design drawings, specifications, BOQs, and shop drawings for HVAC, plumbing, firefighting, drainage, and mechanical equipment systems. Supervise and coordinate all mechanical installation works on site to ensure proper execution in line with approved designs, technical requirements, and project standards. Coordinate with consultants, subcontractors, and other disciplines (civil, electrical, architectural, fit out) to ensure technical compatibility and resolve design/site issues. Prepare and update work plans, monitor site progress, and support achieving milestones according to the approved project schedule. Prepare or review shop drawings, material submittals, method statements, and ensure timely preparation of as-built documentation. Monitor installation works and ensure quality, safety, and compliance with project specifications and schedule requirements. Support the procurement process by evaluating the technical compliance of mechanical materials and equipment. Conduct inspections, supervise testing & commissioning, and support system start-up and handover processes. Inspect and verify that delivered mechanical materials and equipment conform to technical and contractual requirements. Participate in design coordination meetings and site progress meetings, providing input on technical issues and solutions. Report progress, delays, clashes, and technical issues and propose corrective or improvement actions when necessary. Prepare and maintain daily logs, progress reports, and other required site documentation for management review. Ensure all mechanical works are executed in accordance with HSE requirements and company safety policies.

Planlama üzrə Mühəndis

Tam Ştat

Planlama üzrə Mühəndis layihə cədvəlinin hazırlanması, yenilənməsi və monitorinqinə cavabdehdir. Bu rol podratçı, layihə nəzarəti və sahə komandaları ilə sıx əməkdaşlıq edərək irəliləyişi izləyir, gecikmələri müəyyən edir və dəqiq planlama məlumatları əsasında qərarverməni dəstəkləyir. Əsas Öhdəliklər: 1. Layihə Cədvəllərinin Hazırlanması Müqavilə tələblərinə uyğun olaraq layihənin əsas (baseline) cədvəlinin hazırlanması və yenilənməsi. Master cədvələ uyğun detallı həftəlik/aylıq cədvəllərin hazırlanması. Bütün fəaliyyətlərin resurslarla əlaqələndirilməsi və sahə reallığını əks etdirməsi. 2. İrəliləyişin Monitorinqi Gündəlik/həftəlik irəliləyişi izləmək və cədvələ daxil etmək. Podratçı irəliləyiş hesabatlarının dəqiqliyini yoxlamaq. Gecikmə və riskləri müəyyən edərək vaxtında hesabat vermək. 3. Hesabatlılıq Həftəlik/aylıq Planlama Hesabatlarının hazırlanması: Plan / Fakt müqayisəsi Critical Path analizi Gecikmələr və təklif olunan tədbirlər Dashboard və rəhbərliyə təqdimat üçün məlumatların hazırlanması. 4. Gecikmə və Mitigasiya Analizi EOT və gecikmə təsiri üzrə ilkin təhlil. Podratçının bərpa/mitigasiya cədvəllərinin qiymətləndirilməsi. Bütün cədvəl-əsaslı tələblərin sənədləşdirilməsi. 5. Koordinasiya və Kommunikasiya Sahə komandalarından (inzibati, MEP, satınalma, QS və s.) dəqiq məlumat toplamaq. Həftəlik iclaslarda planlama ilə bağlı məlumat vermək. Podratçı ilə cədvəl uyğunluğunu təmin etmək.